Bakıda 8 nəfərlik iranlı ailə koronavirusa görə karantinə alındı

Bakıda 8 nəfərlik iranlı ailə koronavirusa görə karantinə alındı

Müqavimət göstərdikləri üçün polis əməkdaşları çağırılıb

Martın 4-də Bakıda məskunlaşan İran İslam Respublikasından olan ailənin azyaşlı üzvlərindən birində yüksək hərarət olduğundan təcili tibbi yardıma müraciət edilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) BakuCity.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı müəyyən edilib ki, ailə başçısı koronavirus xəstəliyinin geniş yayıldığı İran İslam Respublikasından 27 fevral 2020-ci il tarixində Azərbaycan ərazisinə gəlib. Bu səbəbdən profilaktik məqsədlə və zəruri ilkin testlərin edilməsi üçün ailənin bütün üzvlərinin ilkin müayinələrdən keçməsinə qərar verilib.

Təcili tibbi yardım maşını ilə ailənin digər üzvlərinin (6-sı uşaq olmaqla 8 İran vətəndaşı) də xəstəxanaya aparılması məqsədəmüvafiq hesab olunub. Bu zaman onlar həkim briqadasına müqavimət göstərdikləri üçün hadisə yerinə polis əməkdaşları çağırılıb.

Hazırda müəyyən olunmuş karantin müddətinə uyğun olaraq bütün ailə üzvləri xəstəxanada müşahidə altında saxlanılırlar.

BakuCity.az

İranlı ailə koronavirus karantin
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər