Sifarişçilərin sayı 1 milyona çatıb
Bir müddət əvvəl anonsu verilən "Huawei Mate Xs" qatlana bilən smartfonları artıq satışa çıxarılıb.
BakuCity.az TED-ə istinadən xəbər verir ki, sözügedən smartfonun Kirin 990 5G prosessor, 8 GB operativ yaddaş və 512 GB daimi yaddaşı var.
Huawei Mate Xs-in ekran displeyi 8 düym, eni 2480х2200 pikseldir. Əsas kamerası 40 Mp, akkumulyator 4 500 mAs-dır. Eyni zamanda, smartfon 55 Vt sürətilə enerji yığma qabiliyyətinə malikdir.
Çində 2415 dollara olan smartfona ilk dəqiqələrdən 100 min sifariş gəlib. Daha sonra isə sifarişçilərin sayı 1 milyona çatıb.
Cihazın Azərbaycana nə zaman gətiriləcəyi hələ məlum deyil.
BakuCity.az