Daha bir marşrut xəttinin hərəkəti dəyişdirildi

Daha bir marşrut xəttinin hərəkəti dəyişdirildi

M.Xiyabani küçəsindən keçəcək

Bakıda daha bir marşrut xəttinin hərəkəti dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, Dadaş Bünyadzadə küçəsindən Bakı Dairəvi avtomobil yoluna çıxan yeni yola asfalt örtüyü vurulub.

Həmçinin oxu: Bakının məşhur körpüsü sökülür

Bununla əlaqədar yol məhdudlaşdırıldığından ərazidə fəaliyyət göstərən 194 nömrəli marşrutun hərəkət istiqaməti dəyişdirilərək M.Xiyabani küçəsi ilə təşkil edilib.

BakuCity.az

Marşrut xətti dəyişiklik
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər