Qadınlar Günü hava necə olacaq?

Qadınlar Günü hava necə olacaq?

Hava yağmursuz keçəcək

Martın 8-də Bakıda hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 13-15° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət gecə 80-90%, gündüz 50-55% olacaq. 

BakuCity.az

Bakı hava proqnozu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər