Məşhur “Sülh göyərçini” abidəsinin müəllifi vəfat edib

Məşhur “Sülh göyərçini” abidəsinin müəllifi vəfat edib

80 yaşında vəfat edib

Sumqayıtdakı məşhur “Sülh göyərçini” abidəsinin müəllifi vəfat edib.

BakuCity.az APA-ya istinadən məlumat verir ki, Sumqayıtın simvoluna çevrilmiş "Sülh göyərçini" abidəsinin müəllifi heykəltəraş, Əməkdar incəsənət xadimi Vaqif Nəzirov 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, V.Nəzirov 1940-cı ildə anadan olub. Ə.Əzimzadə adına rəssamlıq məktəbini, Tiflisdə Rəssamlar Akademiyasını bitirib. Sumqayıtla tanışlığı isə 1968-ci ildən başlayıb. Sumqayıta baş rəssam kimi dəvət alıb və ömrünün 50 ilini şəhərin abadlaşdırılmasına həsr edib.

Allah rəhmət eləsin!

Məşhur “Sülh göyərçini” abidəsinin müəllifi vəfat edib, fotoşəkil-1

BakuCity.az

Sumqayıt “Sülh göyərçini” abidə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər