Bakının mərkəzində sürücülər təhlükə ilə üz-üzə qalıb - VİDEO

Bakının mərkəzində sürücülər təhlükə ilə üz-üzə qalıb - VİDEO

Dəmir maneənin bir tərəfi sıradan çıxıb

Heydər Əliyev prospektində quraşdırılmış dəmir maneə əslində təhlükə mənbəyinə çevrilib.

BakuCity.az "Xəzər xəbər"ə istinadən məlumat verir ki, ərazidə olan iki dəmir maneədən biri normal vəziyyətdə olsa da, digərinin bir tərəfi sıradan çıxıb. Yoldan keçən avtomobillər təhlükə ilə üz-üzədir, çünki ağır dəmir maneə hər an düşə bilər.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, yolun həmin hissəsinə baxış keçirilib, problemin qısa müddətdə həll edilməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məlumat verilib və əraziyə xüsusi qrup göndərilib.

BakuCity.az

Heydər Əliyev prospekti dəmir maneə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər