YAP-ın parlament sədri və müavinləri postlarına namizədləri məlum oldu

YAP-ın parlament sədri və müavinləri postlarına namizədləri məlum oldu

Bugünkü iclasda müəyyənləşib

Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisin sədri və sədrin müavinləri postlarına namizədləri məlum olub.

BakuCity.az xəbər verir ki, namizədlər YAP-ın İdarə Heyətinin bu gün keçirilən iclasında müəyyənləşib.

Hakim partiyanın Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarova, sədrinin birinci müavini vəzifəsinə namizədi Əli Hüseynli, sədrin müavini postuna namizədi isə Hicran Hüseynovadır.

BakuCity.az

YAP Milli Məclis namizədlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər