Bakıda mağazada fırıldaqçılıq: Kassiri belə aldatdı - VİDEO

Bakıda mağazada fırıldaqçılıq: Kassiri belə aldatdı - VİDEO

Həmin anlar təhlükəsizlik kameralarına düşüb

Bakıda yerləşən mağazalardan birində müştəri kassiri aldadıb.

BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkədə paylaşılıb.

Hadisə paytaxtın Suraxanı rayonunda yerləşən mağazalardan birində baş verib. Müştərilərdən biri kassirə yaxınlaşaraq pul xırdalamaq istədiyini deyib. 

O, pulu kassirə tərəf uzatsa da, sonra cibinə qoyub. Müştəri pulu təqdim etdiyini deyərək kassir xanımdan təkidlə xırdalamasını istəyir. Mağazada müştəri çox olduğuna görə kassirin diqqəti yayınıb və o, almadığı pulu həmin şəxsə xırdalayaraq qaytarıb.

Həmin anlar anbaan mağazanın təhlükəsizlik kameralarına düşüb.

BakuCity.az

Bakı mağaza fırıldaqçılıq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər