Məktəb seçimi isə martın 13-dən başlayır
Martın 10-dan 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu üçün elektron qeydiyyat başlayıb.
BakuCity.az xəbər verir ki, saat 11:00-dən etibarən məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların valideynləri sistemdə ilk dəfə elektron qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdır.
Martın 13-ü saat 11:00-dən etibarən valideynlər məktəb seçimini həyata keçirə bilərlər.
Xatırladaq ki, elektron qeydiyyat mektebeqebul.edu.az sistemi vasitəsilə həyata keçirilir.
BakuCity.az