Bakıda 8 mart aksiyasında o plakatı qaldıran qız intihar etdi

Bakıda 8 mart aksiyasında o plakatı qaldıran qız intihar etdi

Hazırda reanimasiyadadır

Bakıda 8 mart günü qanunsuz aksiya keçirən fəallardan biri intihara cəhd edib.

BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Orada yaşayan, 1996-cı il təvəllüdlü Aysel Ələkbərzadə 3-cü mərtəbədən özünü atıb. O, aldığı müxtəlif xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəstəxanadan bildirib ki, A.Ələkbərzadəyə ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır və hazırda reanimasiyadadır.

Qeyd edək ki, A.Ələkbərzadə martın 8-də Bakının mərkəzində özlərini "feminist" adlandıran qadınların təşkil etdiyi qanunsuz aksiyada iştirak edib. O, əlində tutduğu şüarla sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. O, özünü binadan atmazdan əvvəl “Facebook”da intihar edəcəyini açıqlayıb.

Məsələ ilə bağlı cinayət işi açılıb, hazırda araşdırma aparılır.

Bakıda 8 mart aksiyasında o plakatı qaldıran qız intihar etdi, fotoşəkil-1

BakuCity.az

Bakı qanunsuz aksiya intihar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər