Martın 15-i və 29-da keçirilməsi nəzərdə tutulan imtahanlar da təxirə salındı

Yeni vaxtı 1 həftə öncə elan olunacaq

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 15 və 29 mart 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlar təxirə salınıb.

DİM-dən BakuCity.az-a verilən məlumata görə, martın 15-idə Naftalan, Goranboy, Daşkəsən, Mingəçevir, Şəmkir, Gədəbəy, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Astara, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı rayonlarında (o cümlədən Bakı şəhəri üzrə xüsusi məktəblər) yerləşən orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsinin, martın 29-da isə 9 illik təhsil bazasından kollecə qəbul olmaq istəyən əvvəlki illərin məzunları (həmçinin cari ilin məzunları üçün əlavə xarici dil imtahanları) üçün qəbul imtahanının keçirilməsi nəzərdə tutulurdu:

"Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə qeyd olunan tarixlərdə keçirilməsi planlaşdırılan imtahanlar təxirə salınıb. Bu istiqamət üzrə, eləcə də martın 9-da keçirilməli olan imtahanın vaxtı imtahanların keçiriləcəyi tarixdən 1 həftə öncə elan olunacaq. 11-ci sinif buraxılış imtahanı iştirakçılarının nəzərinə çatdırırıq ki, bu imtahanların əvvəlcədən elan olunmuş qrafikə uyğun keçirilməsi nəzərdə tutulur. Mövcud vəziyyətlə əlaqədar imtahanların keçirilmə tarixlərində hər hansı bir dəyişiklik baş verərsə, əvvəlcədən elan olunacaq".

DİM abituriyentlərə və valideynlərə tövsiyə edib ki, imtahan və tədris prosesində yaranmış fasilədən istifadə edərək dərslərdən uzaqlaşmamaq üçün ev şəraitində Dövlət İmtahan Mərkəzinin “Youtube” kanalı vasitəsilə təqdim edilən “vizuallaşdırılmış dərs” və otk.az portalında keçirilən onlayn sınaq imtahanı xidmətlərindən istifadə etsinlər:

"Vizuallaşdırılmış dərs”lərdə qəbul imtahanı fənləri üzrə V sinifdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik video formasında təqdim olunur. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunur. Hazırlanmış materiallardan istifadə ödənişsizdir. Otk.az portalında isə bütün istiqamətlər üzrə onlayn sınaq imtahanları vermək mümkündür".

BakuCity.az

imtahanlar koronavirus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Ekologiya
Mütəxəssislər tərəfindən ağacların quruma səbəbi araşdırılır. Bakı və Abşeron yarımadası ərazisində aparılan müşahidələr göstərib ki, son zamanlar bəzi ərazilərdə yaşı 40-dan yuxarı olan iynəyarpaqlı ağaclar quruyur. BakuCity.az xəbər verir ki, AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru Vahid Fərzəliyev bildirib ki, ağacların quruma səbəbinin müəyyənləşdirilməsi, fitosanitar vəziyyətin qiymətləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrü...
Cəmiyyət
Azərbaycanda Covid-19-la bağlı son vəziyyət. Azərbaycanda bu gün koronavirus infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 173 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCitya.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 testi müsbət çıxan 2 nəfər  vəfat edib. BakuCity.az
Cəmiyyət
Toylar oktyabr ayından bərpa edilə bilər. BakuCity.az xəbər verir ki, son bir neçə gün ərzində ərazi icra hakimiyyətlərindən şadlıq evlərinə ünvanlanan sorğular belə deməyə əsas verir. Şadlıq evləri də artıq müəyyən hazırlıqlara başlayıblar. Paytaxt ərazisində yerləşən obyektlərin administratorlarının sözlərinə görə, son 1-2 gündə sifariş yazdıranların sayında müəyyən artım hiss edilir. Əsasən toyları karantinə görə dəfələrlə təxirə düşən müştərilər müraci...
Siyasət
Döyüş atışlı taktiki təlimlərə başlanılıb. Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib. BakuCity.az xəbər verir ki, bununla baölı Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, təlimlərin məqsədi artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, peşəkarlığın artırılması, döyüş əməliyyatları zamanı fəaliyyətlərin...
Siyasət
Rusiya 5 rayonun geri qaytarılmasının tərəfdarıdır.  “Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”. BakuCity.az xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşündə deyib. Sahibə Qafarova...
Cəmiyyət
Yoluxma halları qeydə alınan siniflər bağlanacaq. “Orta məktəblərdə şagirdlərin virusa yoluxma statistikasının artması, təhsil müəssisələrində tədris prosesinin dayandırılacağı demək deyil. Hazırki dövrdə məktəblərin bağlanması təhsilə ciddi ziyan vura bilər”. BakuCity.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov səsləndirib. K. Əsədovun sözlərinə görə, məktəblərdə virusa yoluxma hallarının artması gözlənilən idi: “Bildiyiniz kimi, 90-a ya...
Ekologiya
Bakıda sentyabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın  bəzi yerlərində zəif duman olacağı, qısamüddətli az yağış yağacağı gözlənilir.  Cənub-şərq küləyi əsəcək.   Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz  25-28, Bakıda gecə...
Cəmiyyət
Həbs olunan rəis ev dustaqlığına buraxılıb. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Faiq Bağırov ev dustaqlığına buraxılıb. BakuCity.az xəbər verir ki, Faiq Bağırovun vəkili Bəylər Məmişov müvəkkilinin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqda vəsatət verib. Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyev öncə prosesi təxirə salsa da, sonradan vəsatət təmin edil...
Kriminal
Türkiyənin Bursa vilayətində avtobus sürücüsü sərnişini bıçaqlayıb. BakuCity.az xəbər verir ki, hadisə Osmangazi rayonunda qeydə alınıb.   İddiaya görə, anası ilə birlikdə dayanacaqda avtobus gözləyən Savaş D., 17-D saylı marşruta maskasız minmək istəyib. Avtobus sürücüsü İzzət Ç. isə, Savaş B.-ni maska taxması üçün ona xəbərdarlıq edib. Ancaq sürücünün xəbərdarlığına əsəbiləşən Savaş B., maska taxmaqdan imtina edib. Bundan sonra tərəflər arasında əvvəlcə...