Azərbaycanda 3 aya devalvasiya ola bilər? - ŞƏRH

"Devalvasiya da iki dəfə buna görə oldu ki..."

Neftin qiymətinin dünya bazarında 30 faiz ucuzlaşmasından sonra Azərbaycanda 3 aya devalvasiya olacağı barədə şayiələr dolaşmağa başlayıb.

BakuCity.az-ın məlumatına görə, məsələ ilə bağlı Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Baku.ws-ə bildirib ki, Azərbaycan hökuməti neftin ucuzlaşmasını diqqət mərkəzində saxlayır və bu vəziyyət ölkəmiz üçün təhlükə təşkil etmir:

“Maliyyə Nazirliyinin risklərlə bağlı hesabatında qeyd olunur ki, 2020-ci ilin büdcəsi hazırlanarkən neftin qiyməti 55 dollardan proqnozlaşdırılsa da, risk dərəcəsi kimi qiymətin 40 dollara qədər ucuzlaşması nəzərə alınıb. Neftin orta ixrac qiyməti 40 dollara düşərsə, bu halda neft-qaz sektorundan büdcəyə daxil olmalar 1,3 faiz, qeyri-neft sektorundan büdcəyə daxilolmalar isə 0,3 faiz azala bilər. Həmçinin qeyd olunur ki, büdcənin bir nömrəli gəlirini ödəyən Azərbaycan Dövlət Neft Fondudur. Fond isə manatla transferləri edir, dollarla qazanır. Bu vəziyyət qısamüddətli, konkret bir il üçün hər hansı təşviş yaradacaq risklər yaratmır.

2015-ci ildə Azərbaycanda devalvasiya olmuşdu. Həmin il büdcədə neft üçün 90 dollar götürülmüşdü. Həmin vaxt neftin orta qiyməti 54 dollar oldu. 2015-ci ildə devalvasiyanın səbəblərindən biri də bu oldu ki, ölkədən böyük məbləğdə valyuta çıxarılmışdı. Bundan əlavə, maliyyə sistemi xidmət etmək səviyyəsində deyildi. Devalvasiya da iki dəfə buna görə oldu ki, iqtisadiyyatda tarazlıq əldə olunsun. Həmçinin əldə böyük həcmdə pul kütləsi var idi. Bu pul kütləsi də nağd şəkildə idi. Həmin vaxt hətta təqaüdçülər əldə olan pulu dollara çevirmək iqtidarında idi.

Lakin indi 5 ildən sonra biz müşahidə edirik ki, Azərbaycanın valyuta ehtiyatları 25 faiz artıb. 2015-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 15 milyarddan 4 milyarda düşmüşdüsə, indi bu ehtiyatların hər il artımını müşahidə edirik. Bu artımda Neft Fondunun böyük xidməti olub. Ancaq əsas məsələ budur ki, maliyyə sistemində uçot, banklara nəsarət və nagdsız hesablaşmalar sistemini normal səviyyəyə gətirə bilmişik. İndi insanlarda dollar almaq arzusu olsa da, nağd pul kütləsi ona imkan vermir ki, nəzarətdən çıxsın. Bundan başqa, milli və xarici valyutada yerləşdirilən depozitlər 49-51 səviyyəsindədir. Bütün bunlar dayanaqlığı təmin edən amillərdir.

Hesab edək ki, bu il neftin qiyməti Maliyyə Nazirliyinin risk dərəcəsi kimi tanıdığı 40 dollar səviyyəsində oldu. Gəlirlərimiz 24 milyard manatdır. Mövcud vəziyyətdə büdcəyə 500 milyon AZN-ə qədər az vəsaitin daxil olması proqnozlaşdırıla bilər. Belə bir vəziyyətdə Azərbaycan hökuməti öz xərclərini rasional xərcləmələrlə həyata keçirə bilər. Ən pis halda aktivləri 43,3 milyard dollara çatan Dövlət Neft Fondundan ayrılacaq vəsaitlə bu kəsiri aradan qaldırmaq mümkün olacaq”.

BakuCity.az

neftin qiyməti devalvasiya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Ekologiya
31 mayda gözlənilən hava şəraiti. Mayın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Səhər duman olacaq, güclü şimal-qərb küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, havanın temperaturu  Abşeron yarımadasında gecə 17-19, gündüz  20-24, Bakıda  gecə 17-19, gündüz 22-24 dərəcə isti olacaq. Atmo...
Cəmiyyət
Azərbaycanda turizm mövsümünün yenidən açılacağı vaxt bilinib. “Biz ölkəyə kütləvi turist axını gözləmirik. İnsanların kənd turizmi və digər bu kimi seçimlər etməsini gözləyirik”. BakuCity.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə bildirib. K.Quluzadənin sözlərinə görə, ölkədə elan edilən xüsusi karantin rejimi bitdiyi günün sabahı Azərbaycanda yeni turizm mövsümü açıq elan ediləcək: “Amma dövlət insanlara xidmə...
Hadisələr
Taxta bazarında yanğın baş verib. Bakı şəhərinin Nərimanov rayonunda, taxta bazarının ərazisində ümumi sahəsi 280 m² olan dəmir konstruksiyalardan ibarət talvarın altına yığılan taxta materiallar 75 m² sahədə və ümumi sahəsi 5 m² olan taxtadan ibarət gözətçi köşkü yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat midmətindən BakuCity.az-a verilən məlumata görə, taxta materialların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələr...
Kriminal
Bakıda növbəti bıçaqlanma hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə ötən gecə Xocahəsən yolunda qeydə alınıb. 1973-cü il təvəllüdlü Şahverdiyev Eldəniz Əli oğlunun dostu ilə mübahisəsi onun bıçaq zərbəsi alması ilə nəticələnib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
Cəmiyyət
Şadlıq saraylarının fəaliyyətə başlaması mümkündürmü? “Sərbəstlik və yumşalma artıqca yoluxanların sayı artır və bu fonda toyların və şadlıq saraylarının fəaliyyətə başlaması problemli görünür”. BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirilən brifinqində deyib. “Hər şey yoluxmanın sayından və sosial məsuliyyətdən asılıdır. Bəlkə də yoluxmalar ar...
Cəmiyyət
Bakıda çəkilən bu görüntülər müzakirələrə səbəb olub. Koronavirus pandemiyası ilə əlaqədar insanlar sosial məsafəni qorumalı olsalar da, əksəriyyət buna əməl etmir. BakuCity.az xəbər verir ki, bunu təsdiq edən görüntülərdən biri “Tarqovı”da lentə alınıb. Paytaxtın mərkəzi küçəsində insanların kütləvi şəkildə bir yerə yığılması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.  İnsanlar arasında sosial məsafəyə nəzarət etməli olan polis əməkdaşlarının gözə dəyməm...
Cəmiyyət
Bakıdan rayonlara gediş-gəliş bərpa olunmayıb. “Yumşalma artıqda, yoluxma artır. Ona görə də Operativ Qərargah rayonlara gediş-gəlişin bərpasını bu mərhələdə saxlamağı qərara alıb". BakuCity.az xəbər verir ki, bunu dünən Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. BakuCity.az
Ekologiya
Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq yayıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, mayın 30-da yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcək. BakuCity.az
İdman
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verilib. Azərbaycanda iyunun 1-dən etibarən açıq havada idman yarışlarının təşkilinə icazə verilib.  Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qərara əsasən, yarışlarda tamaşaçılar iştirak etməyəcək.  BakuCity.az