Azərbaycan təmsilçisinin "Avroviziya-2020" mahnısı - VİDEO

Azərbaycan təmsilçisinin "Avroviziya-2020" mahnısı - VİDEO

İlk dəfə Azərbaycanda çəkilib

İctimai Televiziya və Radio Yayımları Şirkəti “Avroviziya-2020" beynəlxalq mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin mahnı və klipini təqdim edib.

BakuCity.az xəbər verir ki, Samirə Əfəndi Rotterdamda səhnəyə“Kleopatra” mahnısı ilə  çıxacaq.

Təqdim olunan mahnının müəllifləri niderlandlı Allan Roy Skott, Sara Leyk və Lyuk Van Birsdir. Kompozisiyada YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycanın milli aləti tar, həmçinin balaban və ud səslənir.

Mahnının klipi Qobustan Tarixi Qoruğunda quruluşçu rejissor və operator Aleks Lamax tərəfindən çəkilib. Klipin prodüseri İsa Məlikovdur. 

Bu, uzun müddət ərzində ilk dəfə "Avroviziya" mahnı müsabiqəsi üçün Azərbaycanda çəkilən klipdir.

“Avroviziya -2020” mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 12 və 14-də, final mərhələsi isə mayın 16-da "Ahoy Arena"da reallaşacaq. Azərbaycan təmsilçisi müsabiqənin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək.

BakuCity.az

Azərbaycan təmsilçisi "Avroviziya-2020"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər