Toyları təxirə salın - Hökumətdən vətəndaşlara ÇAĞIRIŞ

Toyları təxirə salın - Hökumətdən vətəndaşlara ÇAĞIRIŞ

İnsanların sıx toplaşdığı yerlərdən uzaq durun

Azərbaycan hökuməti koronavirus təhlükəsi ilə əlaqədar olaraq toy mərasimlərinin təxirə salınmasını tövsiyə edir.

Nazirlər Kabineti yanında operativ qərargahdan BakuCity.az-a daxil olan məlumatda bildirilir ki, adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma riski yüksək olduğundan qarşıdakı aylarda toy və bu cür məclislərin təxirə salınması, yas mərasimlərinin isə kütləvi keçirilməməsi tövsiyə edilir:

Həmçinin oxu: Ənənəvi Novruz şənlikləri də ləğv edildi

"Virusun geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan hökuməti tərəfindən aparılan tədbirlərə dəstək olaraq vətəndaşlarımızı bir daha adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmağa, xarici ölkələrə, eyni zamanda risk qrupu ölkələrinə səfərlərini təxirə salmağa, vacib səfərlər zamanı isə qoruyucu tədbirlərə maksimum riayət etməyə (qoruyucu tibbi maska, xüsusi qoruyucu eynək, dezinfeksiyaedici vasitələrdən istifadə və s.) çağırırıq".

BakuCity.az

toy mərasimləri koronavirus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər