Bakı avtovağzalında hər gün 300-dən çox avtobus dezinfeksiya olunur - FOTO

Bakı avtovağzalında hər gün 300-dən çox avtobus dezinfeksiya olunur - FOTO

Son 10 gündə 60 mindən çox sərnişin yola salınıb

Bakı Beynəlxalq Avtovağzal Kompleksində koronovirus (Covid-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər və dezinfeksiya prosesi avtobuslarda, eləcə də bütün avtovağzal ərazisində hər gün səhər və axşam saatlarında mərhələli şəkildə davam edir.

Kompleksdən BakuCity.az-a verilən məlumata görə, gün ərzində 300-dən çox avtobus dezinfeksiya olunaraq reysə buraxılır.

Son 10 gündə 2628 reyslə 60 270 sərnişin avtovağzaldan yola salınıb.

175 reyslə 3455 sərnişinin beynəlxalq istiqamətlərdə (Gürcüstan, Rusiya, Türkiyə) gedişi təmin edilib.

Ən çox sərnişin 3 mart tarixində müşahidə olunub. Həmin gün 470 reyslə 13 minə yaxın sərnişin biletlə təmin olunub. Digər günlərdə isə sərnişin sayı gündəlik normaya uyğun olaraq 6-8 min arasında dəyişib.

Şəhərlərarası istiqamətlərdə Gəncə, "Qırmızı körpü", Mingəçevir və Şəki istiqamətinə, beynəlxalq reyslərdə isə Gürcüstan istiqamətinə gedən sərnişinlər üstünlük təşkil edib.

Mövcud vəziyyətlə əlaqədar olaraq (012) 406-01-58/59 nömrəli “Məlumat Mərkəzi”  həftənin 7 günü 24 saat  fəaliyyət göstərir.

Təhlükəsizlik tədbirlərini nəzərə alaraq sərnişinlərdən müntəzəm marşrut xətləri üzrə xidmətdə olan avtobuslarla səfər etmələri, avtovağzal ərazisindən çıxmayan nəqliyyat vasitələrindən istifadə etməmələri tövsiyə olunur.

Bakı avtovağzalında hər gün 300-dən çox avtobus dezinfeksiya olunur - FOTO, fotoşəkil-1 Bakı avtovağzalında hər gün 300-dən çox avtobus dezinfeksiya olunur - FOTO, fotoşəkil-2 Bakı avtovağzalında hər gün 300-dən çox avtobus dezinfeksiya olunur - FOTO, fotoşəkil-3 Bakı avtovağzalında hər gün 300-dən çox avtobus dezinfeksiya olunur - FOTO, fotoşəkil-4 Bakı avtovağzalında hər gün 300-dən çox avtobus dezinfeksiya olunur - FOTO, fotoşəkil-5 Bakı avtovağzalında hər gün 300-dən çox avtobus dezinfeksiya olunur - FOTO, fotoşəkil-6 Bakı avtovağzalında hər gün 300-dən çox avtobus dezinfeksiya olunur - FOTO, fotoşəkil-7 Bakı avtovağzalında hər gün 300-dən çox avtobus dezinfeksiya olunur - FOTO, fotoşəkil-8

BakuCity.az

Bakı avtovağzal avtobuslar dezinfeksiya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər