Psixonevroloji sosial xidmət müəssisələri yenidən qurulur - FOTO

Psixonevroloji sosial xidmət müəssisələri yenidən qurulur - FOTO

Psixonevroloji sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şərait yaradılır

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ölkədə reabilitasiya infrastrukturu ilə yanaşı, sosial xidmət müəssisələrinin də müasir tələblərə uyğun qurulması əsas fəaliyyət istiqamətlərindən biridir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən BakuCity.az-a verilən məlumata görə, bu məqsədlə ötən il nazirliyin Gəncə şəhər Pensiyacıların Ərazi Sosial Xidmət Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

Hazırda isə nazirliyin Şamaxı və Göygöl rayonlarındakı Psixonevroloji Sosial Xidmət Müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparılır.

Hər iki müəssisədə müvafiq kateqoriyadan olan əlilliyi olan şəxslərin stasionar şəraitdə reabilitasiya və abilitasiya yönümlü sosial-məişət xidmətləri ilə təminatı üçün müasir şərait yaradılacaq.

Cari il ərzində həmin sosial obyektlərin istifadəyə verilməsi planlaşdırılır.

Psixonevroloji sosial xidmət müəssisələri yenidən qurulur - FOTO, fotoşəkil-1 Psixonevroloji sosial xidmət müəssisələri yenidən qurulur - FOTO, fotoşəkil-2

BakuCity.az

Psixonevroloji sosial xidmət müəssisələri yenidənqurma - FOTO
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər