Bakı Ağır Cinayətlər Məhkəməsi fəaliyyətini dayandırıb? - AÇIQLAMA

Bakı Ağır Cinayətlər Məhkəməsi fəaliyyətini dayandırıb? - AÇIQLAMA

Yalnız bəzi vacib işlərə baxılacağı bildirilirdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin fəaliyyətini dayandırması barədə yayılan məlumatlara münasibət bildirilib.

BakuCity.az-ın məlumatına görə, məhkəmənin sədr müavini, hakim Əfqan Hacıyev Oxu.az-a açıqlamasında deyib ki, hazırda məhkəmə fəaliyyətini davam etdirir və yayılan məlumat yalandır:

“Bu barədə hələlik qərar yoxdur. Bir qərar olsa, ictimaiyyətə məlumat veriləcək”.

Bundan əvvəl KİV-də Bakı Ağır Cinayətlər Məhkəməsinin fəaliyyətini müvəqqəti olaraq dayandırdığı, koronavirusla əlaqədar məhkəmə proseslərinin qeyri-müəyyən vaxtadək təxirə salındığı yazılırdı. Bildirilirdi ki, yalnız bəzi vacib işlərə baxılacaq, məhkəmə işçiləri iş yerlərinə gələcək. Ancaq proses iştirakçıları qismində sakinlərin iştirakına qadağa qoyulub.

BakuCity.az

Bakı Ağır Cinayətlər Məhkəməsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər