Bu şəxslər özünüməşğulluq proqramına daha çox cəlb olunacaq

Bu şəxslər özünüməşğulluq proqramına daha çox cəlb olunacaq

Məişət zorakılığına məruz qalmış şəxslərə də üstünlük veriləcək

Bundan sonra məişət zorakılığına məruz qalmış şəxslərə də özünüməşğulluq proqramına cəlb olunmada üstünlük veriləcək. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən BakuCity.az-a verilən məlumata görə, həmin şəxslərin ehtiyac duyduqları hüququ-psixoloji yardımla təminatı üçün müvafiq işlər aparılır.

Nazirliyin dəstəyi ilə icra olunan sosial xidmət layihələri çərçivəsində son illərdə bu kateqoriyadan olan vətəndaşlar üçün yardım mərkəzləri də yaradılıb. Bundan sonra isə əlilliyi olan şəxslər, məcburi köçkünlər, ünvanlı sosial yardım alanlar, şəhid ailəsi üzvləri və digər həssas qruplarla yanaşı,  məişət zorakılığına məruz qalmış şəxslərə də özünüməşğulluq proqramına cəlb olunmada üstünlük veriləcək.

Onların proqrama cəlb olunmaqla öz kiçik bizneslərini qurmalarına dəstək göstəriləcək. Bu isə nəticədə qeyd edilən insanların hər hansı şəxsdən iqtisadi asılılıqlarının aradan qalxmasına, müstəqil şəkildə özünü təmin etmə imkanlarına yiyələnmələrinə şərait yaratmaq mədsədi daşıyır.

Qeyd edək ki, 2019-cu ildə özünüməşğulluq proqramına cəlb olunan 10 352 vətəndaşdan 6400-ü (61,8 faiz) həssas kateqoriyalardan olan şəxslərdir.

BakuCity.az

Məişət zorakılığına məruz qalmış şəxslər özünüməşğulluq proqramı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər