Bakıda "Dəniz Mall"un açılışı təxirə salındı - Koronavirusa görə

Bakıda "Dəniz Mall"un açılışı təxirə salındı - Koronavirusa görə

Yeni açılış tarixi hələ məlum deyil

Bakıda "Dəniz Mall"un açılışı təxirə salındı.

BakuCity.az xəbər verir ki, bu barədə məlumat ticarət mərkəzinin "Feysbuk" səhifəsində paylaşılıb.

Bildirilib ki, Nazirlər Kabineti yanında operativ qərargah ictimaiyyət üçün 10 mart tarixli açıqlamasında ayrı-ayrı qurumlar və vətəndaşlara yönəlik çağırış və tövsiyələr edib:

Həmçinin oxu: Koronavirus təhlükəsi: Bakıdakı ticarət mərkəzləri də bağlanacaq?

"Bu çağırışdan irəli gələrək, eyni zamanda, koronavirusun yayılmasının qarşısının alınması sahəsində dövlətin həyata keçirdiyi tədbirlərə dəstək olaraq “Dəniz Mall”un 12 mart tarixinə planlaşdırılan açılışı qeyri-müəyyən vaxtadək təxirə salınıb. Yeni açılış tarixi barədə əlavə məlumat veriləcək".

Qeyd edək ki, operativ qərargah koronavirusa yoluxma hallarının qarşısının alınması baxımından ayrı-ayrı qurumları yaxın müddətdə hər-hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini dəyişdirməyə çağırıb, vətəndaşlara qapalı və adamların sıx toplaşdığı məkanlardan uzaq olmağı tövsiyə edib.

BakuCity.az

Bakı "Dəniz Mall" koronavirus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər