DTX Dövlət Gömrük Komitəsinin vəzifəli əməkdaşlarını həbs edib

Barələrində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətləri birgə məlumat yayıb.

BakuCity.az-a daxil olan məlumatda bildirilir ki, Azərbaycan Respublikasının dövlət sərhədindən qatar və yük maşınları ilə nəql edilməklə külli miqdarda tütün məmulatlarının ölkədən müntəzəm qaçaqmalçılıq yolu ilə çıxarıldığına dair əldə olunmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən birgə araşdırma aparılıb.

Keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə Qusar rayonu ərazisində yerləşən Samur Gömrük postunda ümumi gömrük prosedur yoxlamasından keçib sərhəddən çıxışa buraxılan 40-BL-400 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili saxlanılıb. Həmin avtomobilə baxış zamanı gömrük nəzarətinə başqa ad altında bəyan edilmiş, üzəri digər məhsulla qablaşdırılmış, xarici istehsallı 15 ton çəkidə tütün məmulatları aşkar edilərək götürülüb.

Qeyd olunan faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşları - Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Hüseynov Emin Əlmərdan oğlu, Hüseynov Kərim Əhmədağa oğlu və Əliyev Ramin Mehdi oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda araşdırmalar davam etdirilir.

BakuCity.az

DTX gömrük həbs
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Siyasət
Düşmənin itkiləri ilə bağlı daha bir görüntü yayılıb.  BakuCity.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda çox sayda erməni əsgərlərinin meyitinin yük maşınları ilə daşındığı əks olunub.  Hərbçilər meyitləri döyüş bölgəsindən çıxararaq arxa cəbhəyə göndərir.  Sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atə...
Siyasət
Ermənistanın kameralarına hücum edilərək himnimiz və erməni dilində xüsusi mətn səsləndirilib. BakuCity.az xəbər verir ki, hadisə Yerevanda yerləşən "Tea & Coffee Planet" dükanında baş verib. Azərbaycanlı hakerlərin sayəsində sözügedən mağazanın kamerası sındırılaraq, orada erməni dilində məlumatlar səsləndirilib. Həmin məlumatlarda cəbhədən ən son və doğru xəbərlər, Qarabağdakı Ermənistan hərbçiləri arasında çoxsaylı itkilər barədə dürüst xəbərlər səslənd...
Siyasət
"Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır”. BakuCity.az xəbər verir ki, bunu prezident İlham Əliyev deyib. Prezident bildirib ki, bunun əvəzinə Ermənistanın baş naziri bizə qarşı şərtlər qoyur.  Həmçinin oxu: Azərbaycanın döyüşləri dayandırmasının şərti açıqlandı "7 şərt qoyub bizə qarşı. Biz bu şərtləri rədd edirik. Bizim bir şərtimiz var: Qeyd-şərtsiz və dərhal bizim torpaqlarımızdan çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir. Bu şərtimə Erməni...
Siyasət
Ermənistan silahlı qüvvələri “Toçka-U” taktiki raket kompleksini tətbiq edib. BakuCity.az xəbər verir ki, bu barədə məlumat Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması səbəbindən atılan raketlərdən üçü partlamayıb.  BakuCity.az
Cəmiyyət
Ermənilərin dinc əhaliyə qarşı terror əməllərini davam edir. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq ölkəmizdə dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. BakuCity.az xəbər verir ki, Azərbaycan Respublikası Baş Prokurorluğundan verilən məlumata görə, düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nə...
Cəmiyyət
Kocaeli şəhərində avtobuslarda Azərbaycana dəstək şüarı yerləşdirilib. “Dost və qardaş dəstəyini ifadə etmək üçün Türkiyənin Kocaeli şəhərində avtobusların elektron tablolarında Azərbaycan və Türkiyə bayraqları eləcə də “Tək millət iki dövlət” şüarı əks olunub”. BakuCity.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. “Birlik və bərabərlik nümayiş etdirdiklərinə görə Kocaelidən olan əziz həmkarlarımıza sonsuz təşəkkürlərimizi bildiriri...
Cəmiyyət
Şərti açıqlanəb. 2020-ci il sentyabrın 29-da İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistan hökumətinin verdiyi şikayətə cavab olaraq Məhkəmə Reqlamentinin 39-cu qaydasına müvafiq olaraq qərar qəbul edib. Həmin qərarda Avropa Məhkəməsi Ermənistanı və Azərbaycanı mülki əhalinin Konvensiya hüquqlarının pozulmasına gətirib çıxara biləcək tədbirlərdən çəkinməyə dəvət edir. Bu barədə BakuCity.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. "Beləli...
Siyasət
Rusiya Azərbaycanla Ermənistanı atəşkəsə çağırıb. BakuCity.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kreml bəyanat yayıb. BakuCity.az
Siyasət
Ordumuzun ələ keçirdiyi düşmən texnikalarının görüntüləri yayılıb. Ordumuzun Füzuli istiqamətində uğurlu əməliyyatı nəticəsində düşmənin əldə edilən texnikaları ilk dəfə görüntülənib. BakuCity.az xəbər verir ki, REAL TV-nin cəbhə bölgəsinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, onlar "UAZ” və "URAL” markalı yük və piyada daşımaq üçün istifadə edilən maşınlardır. Xatırladaq ki, bu gecə Azərbaycan Ordusu Füzuli istiqamətində növbəti uğurlu əks-hücum...