İlham Əliyev: İcra orqanlarında təmizləmə işləri davam edəcək

İlham Əliyev: İcra orqanlarında təmizləmə işləri davam edəcək

"Dövlət işində işləmək istəyənlərin niyyəti, əməlləri təmiz olmalıdır"

İcra orqanlarında təmizləmə işləri davam edəcək.

BakuCity.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deyib.

Həmçinin oxu: Prezident: "Əvvəllər bir çox məsələləri məndən gizlədirdilər, malalayırdılar"

Dövlət başçısı qeyd edib ki, bəzi yerli icra orqanlarında müşahidə olunan biabırçı mənzərə bütün xalqımızı hiddətləndirir:

"Bundan sonra da təmizləmə işləri aparılacaqdır, həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında. Mən demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə dövlət işində işləmək istəyirsə, onun niyyəti də, əməlləri də təmiz olmalıdır. Əgər hansısa bir adam özündə bu xüsusiyyətləri görmürsə, o, dövlət işindən getsin, sabah bədbəxt olmasın".

BakuCity.az

İlham Əliyev icra orqanları
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər