Nuşirəvan Məhərrəmli "Lider" TV-dən danışdı: "Biz dayandırmamışıq"

Nuşirəvan Məhərrəmli "Lider" TV-dən danışdı: "Biz dayandırmamışıq"

"O halda bağlana bilər ki..."

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli "Lider" TV-nin yayımının dayandırılmasının səbəbini açıqlayıb.

BakuCity.az APA-ya istinadən xəbər verir ki, N.Məhərrəmli telekanalın yayımının dayandırılması barədə MTRŞ tərəfindən hər hansı qərarın qəbul edilmədiyini bildirib.

“Bu, "Lider" TV və Teleradio İstehsalat Birliyi arasında olan texniki məsələdir. Tərəflər bu məsələni öz aralarında həll edəcək. Telekanalın maliyyə borcu var. Qanunvericiliyə görə, telekanal 30 gün müddətində ardıcıl, yaxud il ərzində fasilələrlə 60 gün müddətində yayımlanmasa, Şura tərəfindən onun yayımının dayandırılması məsələsinə baxıla bilər. Belə olan halda biz telekanalın yayımını dayandıra bilərik. Bu, texniki məsələdir. Texniki məsələ olduğuna görə telekanalın yayımı Teleradio İstehsalat Birliyi tərəfindən dayandırılıb. Bizim tərəfimizdən kanalın yayımının dayandırılması barədə qərar verilməyib".

Sədr məsələnin həllini tapacağını da vurğulayıb.

BakuCity.az

Nuşirəvan Məhərrəmli "Lider" TV
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər