Bu gün də iclas davam etdiriləcək
Mərkəzi Bankın sədri Elman Rüstəmov son günlər dünya bazarında neftin qiymətinin düşməsindən sonra Azərbaycanda dolların məzənnəsinin yenidən qalxacağı ilə bağlı söz-söhbətlərə münasibət bildirib.
BakuCity.az-ın məlumatına görə, E.Rüstəmov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda dolların məzənnəsinin yüksəlməməsi üçün bütün tədbirlər görülür:
"Martın 10-da Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə qlobal enerji bazarında vəziyyət və onun iqtisadiyyata təsirinə dair məsələlər müzakirə edilib. Bu gün də iclas davam etdiriləcək".
Sədr əhalini təmkinli olmağa çağırıb.