Azər Nəsibov: “Avroviziya”da məhz Azərbaycanı təmsil etmək istəyirəm” - FOTO + VİDEO

Rusiyanın Azərbaycan əsilli tanınmış müğənnisi Azər Nəsibovun BakuCity.az-a müsahibəsi

19 yaşlı ulduz 2016-cı ildə Birinci kanalın “Səs. Uşaqlar” vokal layihəsinin iştirakçısı olanda parlamağa başladı. Bu gün gənc azərbaycanlı Rusiyada karyerasını SEAZ yaradıcı təxəllüsü ilə uğurla davam etdirir.

Azərin yeni uğuru “Warner Music”in lisenziyası ilə “ACE Music”in leyblı altında çıxan “Unutma” (“Не забывай”) kompozisiyası oldu. Qeyd edək ki, video çox sayda baxış və müsbət şərhlər toplayır.

BakuCity.az-la söhbətində Azər Nəsibov Rusiyanın tanınmış leyblı ilə əməkdaşlığından, yaradıcılıq planlarından danışdı.

- Necə oldu ki, “ACE Music” şirkəti sizinlə maraqlandı və müqavilə təklif etdi?

- Hər şey gözlənilməz, maraqlı oldu. Studiyada yeni sinqlın səsyazmasını bitirirdim ki, bu məqamda “ACE Music”in nümayəndəsi studiyaya gəldi. Mahnını eşitdi və mənim işimlə maraqlandı. Bu mənim üçün tamamilə gözlənilməz idi, düşündüm ki, belə möcüzə olmur (gülür).

- Belə bir möhtəşəm uğurdan sonra yəqin ki, yeni layihə hazırlamaq istədiniz. Hazırda hansı layihə üzərində çalışırsınız?

- “Unutma” kompozisiyası çıxandan və belə populyar olandan sonra, əlbəttə, daha bir layihəyə başlamaq, yaradıcılığımı davam etdirmək istəyirəm. Hazırda planımda bu mahnıya lirik-video çəkmək var. Bundan başqa, fortepianonun müşayiəti ilə Life-ifa etmək istəyirəm.

Lakin ən əsası odur ki, “Bağışla məni” (“Прости меня”) adlanacaq yeni mahnı üzərində işləri praktiki olaraq başa çatdırmışam. Musiqisi və sözləri mənə məxsusdur. Çox ümid edirəm ki, yeni kompozisiya da dinləyicilərini tapacaq. Mən böyük səylə işləmişəm, buna görə də çox həyəcanlıyam, çünki bu, ilk kompozisiyadır ki, üzərində yalnız özüm işləmişəm.

- Gənc olmağınıza rəğmən artıq bu sahədə yüksəlmisiniz. Qərb səhnəsini də fəth etmək, hətta “Avroviziya” beynəxalq mahnı müsabiqəsində iştirak etmək kimi bir məqsədiniz varmı?

- Əlbəttə! Mən “Avroviziya” müsabiqəsi kimi meydanlarda məhz Azərbaycanı təmsil etməyi son dərəcədə arzulayıram. Qeyd etmək istərdim ki, bununla bağlı çalışıram: bu il kastinqə düşmək barədə, bunun üçün nə etmək lazım olduğunu daha çox öyrənməyə çalışdım.

Bunun üçün məndə bütün zəruri resurslar var: mənim üçün ən birinci mahnı olan “The Dream”ı yazan gözəl insan – dostum Sima Kats. Yeri gəlmişkən, onun anası Maşa Kats “Avroviziya”da çıxış edib. O, müsabiqədə Rusiyanı təmsil edən ilk iştirakçı olub. Sima mənə “Avroviziya” üçün mahnı yazmağa həmişə hazır olduğunu deyir (gülür).

Təəssüf ki, hələ bütün detalları axıra qədər öyrənməmişəm – Azərbaycanda kastinq necə təşkil olunur və ora necə düşmək olar? Lakin əminəm ki, gələcəkdə bu yarışda məhz Azərbaycanı mütləq təmsil edəcəm. Bu, mənim əsas hədəflərimdən biridir.

- Hansı musiqiyə qulaq asmağa üstünlük verirsiniz? Mümkünsə, sevimli müğənni və musiqiçilərin adlarını çəkərdiniz.

- Əslində mənim üçün fərqi yoxdur. Bütün musiqilərə qulaq asıram: popdan tutmuş cazadək. Hətta launc kimi mürəkkəb istiqamətləri dinləyirəm. Mənim üçün bütün musiqilər gözəldir!

Mən özüm də bir vaxtlar pop-roka yönəlmişdim. Bu janr mənə çox xoş təsir bağışlayır, lakin indi pop musiqisində çalışıram və ümid edirəm ki, məndə bu janrda hər şey alınacaq. Amma gələcəkdə janrları qarışdırmağı planlaşdırıram, nəsə fərqli bir şey etmək istəyirəm, çünki bir istiqaməti götürmək istəmirəm. Mən hər şeyi sınaqdan keçirmək istəyirəm.

Xarici ifaçılardan Bruno Mars, Zeyn Malik, Ariana Qrande, Kristina Aqilera və bir çoxlarını bəyənirəm. Zeyn və Ariananın yaradıcılığını çox sevirəm.

Öz müğənnilərimizdən dostum olan həmkarları dinləyirəm. Konkret olaraq kiminsə adını çəkmək, kimisə ayırmaq düz olmazdı. Mənim çoxlu belə dostum var – Rauf, Faiq, Coni. Onların hamısını sevirəm (gülür).

Züleyxa İsmayılova

BakuCity.az

Azər Nəsibov müsahibə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Qubada bir məktəbdə 8 müəllim koronavirusa yoluxub.  Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib.  BakuCity.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müəllimlər arasında kütləvi yoluxmanın səbəbi olaraq sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur. BakuCity.az
Siyasət
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağla bağlı çıxış edib. “Suriyada, Liviyada, Yəməndə və digər bir çox ölkələrdə hələ davam edən humanitar böhranlarda riyakarlığını, mənfəətlərini güdən dövlətlərin dünyaya haqq və ədalət yaymayacaqlarını buradan bir daha təkrar edirəm. Ermənistanın Azərbaycan torpaqlarına hücumlarının qarşısını almaq üçün müvafiq addımların atılmaması buna misaldır”. BakuCity.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcə...
Siyasət
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 33 dəfə pozub. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 33 dəfə pozub. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağd...
Cəmiyyət
Ümumi təhsil müəssisələrində koronavirusla bağlı vəziyyətə dair Təhsil Nazirliyi açıqlama yayıb.  BakuCity.az-a daxil olan açıqlamada deyilir:  "Ölkəmizdə pandemiya ilə əlaqədar olaraq, 2020-2021-ci tədris ilində dərslər həm əyani, həm də distant formada tədris edilir. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə uyğunlaşdırılmış...
Cəmiyyət
"Azərbaycanda bundan sonra kişilərin pensiya yaşının artırılması nəzərdə tutulmur". BakuCity.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Ayxan Məcidov "Pensiya təyinatı və hesablanma qaydaları"na həsr olunan "Facebook"da yayınlanan "Sosial saat" verilişində deyib.  Ayxan Məcidov qeyd edib ki, hazırda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilərin yaş həddi 65, qadınların is...
Siyasət
Türkiyəyə məxsus pilotsuz uçuş aparatları Ermənistanla sərhəd boyu uçuşlara başlayıb. BakuCity.az xəbər verir ki, bu barədə real uçuşları qeydə alan flightradar24.com saytında məlumat verilib. Bildirilib ki, aparatların uçuşu səhər saatlarından başlayıb və hələ də davam edir. Türkiyə PUA-larının kəşfiyyat uçuşlarının Tovuz istiqamətində hərbi gərginliklə bağlı olduğu qeyd edilib. (modern.az) BakuCity.az
Siyasət
“Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında artıq silahlar danışmalıdır. Çünki düşmən tərəfi bizə başqa yol qoymayıb”. BakuCity.az xəbər verir ki, bunu hərbi ekspert Üzeyir Cəfərov deyib. Üzeyir Cəfərov Ermənistanın Azərbaycana müharibədən başqa ikinci bir yol saxlamadığını bildirib. “Prezidentin də dediyi kimi, əgər danışıqlar prosesi nəticə vermirsə, geriyə sadəcə problemin hərbi yolla həll olunması məsələsi qalır. Artıq silahlar danışmalıdır. Dün...
Cəmiyyət
İlk səfərbərlik qrupu yola düşüb.  Xəbər verdiyimiz kimi Dövlət Səfərbərlik Xidmətinin yaydığı məlumata görə, bu gündən Azərbaycan ordusunun ehtiyatda olan hərbi qulluqçuları təlim keçmək üçün çağırılır. Həmçinin oxu: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlumatı – ÇAĞIRIŞ BakuCity.az xəbər verir ki, artıq Ağdaş rayonundan ilk qrup yola düşüb. (parla) BakuCity.az
Cəmiyyət
Erməni ordusu təxribat törətməkdə davam edir. Ermənistan yeni təxribat planları hazırlayaraq əsl niyyətinin münaqişənin sülh vasitəsilə həlli deyil, Azərbaycan torpaqlarının qanunsuz işğalının davam etdirilməsi olduğunu nümayiş etdirməkdədir. BakuCity.az xəbər verir ki, təcavüzkar əməllərini həyata keçirməklə, sülh və insanlıq əleyhinə olan cinayətlər törətməyi davam etdirən Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi növbəti dəfə pozularaq 20 s...