Ağciyər Xəstəlikləri İnstitutunda iki nəfər pnevmoniyadan ölüb

Ağciyər Xəstəlikləri İnstitutunda iki nəfər pnevmoniyadan ölüb

İnstitutdan təsdiqləyiblər

Bakıda Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha iki nəfər ölüb.

BakuCity.az xəbər verir ki, hər iki ölüm faktı ötən gün qeydə alınıb.

Xəstələrdən biri - 1986-cı il təvəllüdlü qadın martın 10-u saat 13:30-da ağır vəziyyətdə İnstituta daxil olub. Xəstə “hər iki ağciyərin pnevmoniyası” diaqnozu ilə I Reanimasiya şöbəsinə yerləşdirilib. Ona vəziyyətinə uyğun olaraq müalicə təyin edilib.

Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, həmin gün saat 20:30-da “kəskin ağciyər-ürək çatışmazlığı, ikitərəfli ağır gedişli pnevmoniya” diaqnozu ilə xəstənin bioloji ölümü gerçəkləşib. 

Digər xəstə isə 1999-cu il təvəllüdlü olub. O, İnstituta martın 6-sı saat 15:20-də Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında ağır vəziyyətdə daxil olub. Xəstə “ağciyər vərəmi, şəkərli diabet I tip” diaqnozu ilə II Ağciyər vərəmi şöbəsinə yerləşdirilib. Vəziyyəti pisləşdiyindən xəstə martın 10-u saat 04.00-da II Reanimasiya şöbəsinə köçürülüb.

Ölüm hadisələrini Oxu.az-a İnstitutdan təsdiqləyiblər.

Bildirilib ki, ölüm hadisələri ilə bağlı ərazi üzrə rayon prokurorluğu və polis idarəsi məlumatlandırılıb.

BakuCity.az

Ağciyər Xəstəlikləri İnstitutu pnevmoniya ölüm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər