Qobustan Qoruğu fəaliyyətini qismən dayandırdı

Qobustan Qoruğu fəaliyyətini qismən dayandırdı

Muzey binası bağlandı

Qobustan Qoruğunda koronavirus təhlükəsinə qarşı qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir.

Bu barədə BakuCity.az Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə istinadən məlumat verir.

Qeyd olunur ki, Nazirlər Kabinetinin 02.03.2020- ci il tarixli sərəncamının icrası ilə əlaqədar Mədəniyyət Nazirinin 06.03.2020-ci il tarixli müvafiq əmrinə əsasən koronavirus (CoVİD-19) infeksiyasının Azərbaycan ərazisində yayılmasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Qobustan Milli Tarix-Bədii Qoruğunda qabaqlayıcı profilaktik tədbirlər həyata keçiriləcək:

"Bununla əlaqədar olaraq bildiririk ki, profilaktik tədbirlərin keçirildiyi müddət ərzində Qobustan abidələrini əks etdirən açıq səma altında muzey fəaliyyətini tam şəkildə davam etdirəcək. Qoruğun muzey binası isə 11.03.2020-ci il tarixdən etibarən müvəqqəti olaraq ziyarətçilər üçün bağlı olacaq".

BakuCity.az

Qobustan Qoruğu koronavirus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər