Özünü pəncərədən atan Aysel danışdı: "İntihara cəhdimin o şüarla əlaqəsi yoxdur" - VİDEO

Özünü pəncərədən atan Aysel danışdı: "İntihara cəhdimin o şüarla əlaqəsi yoxdur" - VİDEO

Atası ilə əlaqəsi yoxdur

İntihara cəhd edən Aysel Ələkbərzadənin vəziyyəti yaxşıdır.

BakuCity.az Antv-yə istinadən xəbər verir ki, 8 mart aksiyasında qalmaqallı şüarı ilə gündəmə gələn A.Ələkbərzadə intihara cəhdinin səbəblərindən danışıb:

"Məni intihar həddinə çatdıranlar Nurlan Libre, onun həyat yoldaşı Əsli Əlizadə və Qurban Məmmədlidir. Nurlan Libreyə zəng vurub haqqımda yazdığı paylaşımı silməyi xahiş etdim. Çünki o da məndən haqqında yazdığım statusu silməyi xahiş edəndə silmişdim".

Həmçinin oxu: Bakıda gənc feminist qızın intiharı ilə bağlı RƏSMİ AÇIQLAMA

O, aksiyaya öz istəyi ilə çıxdığını deyib:

"Həmin plakatı da öz istəyimlə yazmışam. Heç kim mənə təsir göstərməyib. Mən feministəm. İntihara cəhdimin o aksiya və aksiyanın təşkilatçıları, yaxud o şüarla heç bir əlaqəsi yoxdur. 2014-cü ildən bəri dost dediyim insan - Nurlan Libre və həyat yoldaşı Əsli Əlizadə arxadan vuranda və şər atanda, ortalığa 2016-cı ildən görmədiyim Qurban Məmmədli deyilən bir təxribatçı çıxıb hansısa səs yazılarımı paylaşacağı ilə şantaj edəndə bu həddə çatdım".

A.Ələkbərzadə atası ilə əlaqəsi olmadığını da bildirib.

Qeyd edək ki, martın 10-da saat 05:42-də 24 yaşlı işsiz Ələkbərzadə Aysel Elşən qızı tanışı Yusif İsayevlə spirtli içki qəbul edərək kirayədə yaşadığı paytaxtın Yasamal rayonu ərazisindəki yüksəkmərtəbəli binanın ikinci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən intihar məqsədi ilə özünü atıb.

Bildirilir ki, A.Ələkbərzadə kəllə-beyin və bir ayağının sınığı xəsarəti ilə Kliniki Tibbi Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

BakuCity.az

intihar aksiya şüar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər