Anar Kərimovun düşmən tərəfindən öldürülməsi barədə məlumat yalandır
Azərbaycan Ordusunun zabiti vəfat edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun zabiti, polkovnik-leytenant Anar Kərimov uzun sürən xəstəlikdən sonra martın 10-da qaraciyər sirrozundan dünyasını dəyişib.
Qeyd olunur ki, Ermənistan mətbuatının Anar Kərimovun düşmən tərəfindən öldürülməsi barədə yaydığı məlumat yalandır.