İlk 14 günü evdə keçirmək lazımdır
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) xarici ölkələrdən Azərbaycana gələnlər üçün 14 gün müddətində etməli olduqları qaydaları açıqlayıb.
BakuCity.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, ölkə xaricindən gələnlər ilk 14 günlərini evdə keçirməlidirlər. Həmin şəxslərin olduqları məkan tez-tez havalandırılmalıdır.
Həmçinin oxu: Toyları təxirə salın - Hökumətdən vətəndaşlara ÇAĞIRIŞ
Mümkün qədər az insanla təmasda olmalıdırlar. Yaşlı və xroniki xəstəliyi olan insanlarla təmasda olmamalı, əllər sabunla tez-tez yuyulmalıdır. Evdən çıxanda mütləq maska taxılmalıdır.
Soyuqdəymə əlamətləri olarsa, dərhal 103 (Bakı daxili) və 113 (Bakıdan kənar) təcili tibbi yardım nömrələrinə zəng etmək lazımdır.