Bakıda məşhur müğənnilərin konsertləri təxirə salındı

Bakıda məşhur müğənnilərin konsertləri təxirə salındı

Digər konsertlərin yeni tarixi barədə məlumat veriləcək

Rusiyanın Əməkdar artisti Kristina Orbakaytenin aprelin 15-nə Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan konserti  oktyabrın 14-nə keçirilib. 

BakuCity.az-ın məlumatına görə, təşkilatçılar bu qərarı koronavirusa yoluxma hallarının qarşısının alınması istiqamətindəki profilaktik tədbirlərə uyğun olaraq verib. 

Konsertlərə alınmış biletlərlə bağlı "iTicket.az"ın Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı satış məntəqələri, həmçinin 2 saylı köşkü (Bülbül prospekti, Nizami küç.) ilə əlaqə saxlayıb məlumat almaq olar.

“Kremerata Baltika” kamera orkestri və pianoçu Lyuka Debarqın martın 14-nə, amerikalı caz müğənnisi Dayan Rivsin isə martın 29-na nəzərdə tutulan konsertləri də başqa tarixdə keçiriləcək. Konsertlərin yeni tarixi barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı son günlərdə koronavirus xəstəliyinə yoluxma hallarının artmasını, virusun coğrafiyasının genişlənməsini nəzərə alaraq müvafiq preventiv tədbirlərin gücləndirilməsi, eləcə də kütləvi tədbirlərin təxirə salınması təşəbbüsü ilə çıxış edib.

BakuCity.az

Bakı koronavirus konsertlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər