Bundan əvvəl 4 müğənniyə qadağa qoyulmuşdu
Xəzər TV-yə yeni rəhbər təyin olunmuş Murad Dadaşov kanalın efir siyasətində bir sıra dəyişikliklər etməyə qərar verib.
O, “Xəzər”in efirinin daim qonaqları olan Şəbnəm Tovuzlu, Manaf Ağayev, Mətanət Əsədova, Damla kimi müğənnilərin ekrana çıxmasına qadağa qoyub.
Həmçinin oxu: Bu müğənnilərə Xəzər TV-də efirə çıxmağa qadağa qoyuldu - SİYAHI
BakuCity.az Lent.az-a istinadən məlumat verir ki, şou-biznesin daha 3 tanınmış siması - Pərviz Bülbülə, Türkan Vəlizadə, Vasif Əzimov da Xəzər TV-nin “qara siyahı”sına düşüb.
Müğənni Şəbnəm Tovuzlu Xəzər TV-nin qara siyahısına düşmə xəbərinə belə münasibət bildirib:
“Əgər belə bir qərar verilibsə, demək ki, bir bildiyi var. Canı sağ olsun, necə məsləhətdir. Murad bəyə hörmətim var".
BakuCity.az