"Buta Airways" əl yükünün çəkisi ilə bağlı məhdudiyyətləri aradan qaldırdı

"Buta Airways" əl yükünün çəkisi ilə bağlı məhdudiyyətləri aradan qaldırdı

İstənilən tipdə əl yükü götürmək olar

Sərnişinlərin çoxsaylı xahişlərini nəzərə alaraq və göstərilən xidmətlərin səviyyəsini artırmaq məqsədilə Azərbaycanın aşağı büdcəli "Buta Airways" aviaşirkəti 12 mart tarixindən etibarən aviaşirkətin reysləri ilə əl yükünün daşınması qaydalarında dəyişiklik edir.

Şirkətdən BakuCity.az-a verilən məlumata görə, aviadaşımalara dair yeni qaydalara əsasən, hər sərnişin hava gəmisinin göyərtəsinə əlavə ödənişsiz əşya qismində üç ölçünün cəmi üzrə ölçüləri 75 santimetrdən (30x35x10sm) artıq olmamaq şərtilə, istənilən tipdə (idman çantası, bel çantası və s.) əl yükü götürə bilər. Əl yükünün çəkisi ilə bağlı məhdudiyyətlər nəzərdə tutulmayıb.

Əl yükünün yeni qaydalara uyğunluğunu yoxlamaq üçün bütün uçuş hava limanlarında “Buta Airways” aviaşirkətinin qeydiyyat masalarının yanında xüsusi “trafaret” – baqajın ölçülərini yoxlamaq üçün metal konstruksiya quraşdırılıb.

Qeyd edək ki, əvvəllər əlavə ödənişsiz əl yükü kimi yalnız qadın əl çantası və ya kişi portfeli qəbul olunurdu.

BakuCity.az

"Buta Airways" əl yükü məhdudiyyətlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər