Onlayn xidmətlər açıqdır
Koronavirus təhlükəsi ilə əlaqədar ölkədə həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Milli Kitabxanasında oxuculara xidmət martın 11-dən etibarən müvəqqəti dayandırılıb.
BakuCity.az-ın məlumatına görə, kitabxana qeyri-müəyyən vaxta qədər oxuculara xidmət göstərməyəcək.
Bununla yanaşı, Milli Kitabxananın onlayn xidmətlərindən (http://anl.az/new/az/news) istifadə etmək mümkün olacaq.
BakuCity.az