Azərbaycanda vəzifəli şəxs vəfat etdi

Azərbaycanda vəzifəli şəxs vəfat etdi

43 yaşı vardı

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin (QSC) departament rəisi vəfat edib.

BakuCity.az Oxu.az-a istinadən məlumat verir ki, qurumun Layihələrin idarə edilməsi departamentinin rəisi Kərim Sultanov dünyasını dəyişib.

O, 1977-ci il iyulun 29-da Bakıda anadan olub. Azərbaycan Dillər Universitetinin Dilşünaslıq/tərcüməçi-referent (ingilis dili) ixtisasını bitirib. 

K.Sultanov əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Dövlət Tibb Kitabxanasında tərcüməçi kimi başlayıb. Daha sonralar müxtəlif illərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, “AI Crane” LTD, “Xəzərdənizneftqaztikini” tresti, “SOPS” MMC, “Makdermott Kaspian Kontraktors”da çalışıb.

2014-cü ildən QSC-nin sıralarına qoşulan K.Sultanova müxtəlif məsuliyyətli vəzifələr həvalə edilib. Göstərdiyi yüksək peşəkarlıq və işgüzarlığı ilə hər zaman etimadı doğruldub.

O, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” yubiley medalına layiq görülüb.

BakuCity.az

vəzifəli şəxs ölüm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər