Bakıda kərə yağı alarkən diqqətli olun - FOTO

Satışın qarşısı alınıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 7-ci döngə ünvanında yerləşən anbarda reyd keçirib. 

AQTA-dan BakuCity.az-a verilən məlumata görə, reyd zamanı “LV Standart” MMC tərəfindən idxal olunan “Goldenline” əmtəə nişanlı bitki-kərə spredlərinin Yaqubov Natiq Şaqaim oğlu tərəfindən 800 qram və 1 kq-lıq hissələrə bölünərək “Goldenline” "slivoçnoe" əmtəə nişanlı kərə yağı kimi etiketlənərək ticarət şəbəkələrinə satılması faktı aşkar edilib.

Eyni zamanda, yağların üzərində istehlak xüsusiyyətinin öz əksini tapmadığı və qablaşdırılan yağların üzərində bitki yağı olması ilə bağlı heç bir məlumatın yazılmadığı müəyyən edilib.

Anbarda xammal kimi 670 kq, “Goldenline” əmtəə nişanı adı altında etiketlənərək kərə yağı kimi qablaşdırılan 315 kq yağ müəyyən edilib. Məhsullardan götürülən nümunələr ekspertizadan keçirilməsi üçün Qida Təhlükəsizliyi İnstitunun müvafiq labortoriyalarına təqdim olunub.

Aşkarlanan faktlar əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən bitki yağ spredinin kərə yağı kimi etiketlənməsinin həyata keçirildiyi anbarın fəaliyyəti məhdudlaşdırılıb və kərə yağ adı altında etiketlənən məhsulların satışının qarşısı alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

BakuCity.az

saxta məhsullar kərə yağı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Böhran olacaq. “Microsoft”un banisi Bill Qeyts nəticələri koronavirus pandemiyasının ziyanını üstələyəcək ekoloji böhrandan xəbər verib. BakuCity.az xəbər verir ki, Bill Qeyts ən yaxın bir neçə onillikdə planetin iqlim dəyişikliyinin səbəb olacağı qlobal böhranla qarşılaşacağını proqnozlaşdırır. “Microsoft”un banisi koronavirus pandemiyası ilə ekoloji böhranın nəticələrini müqayisə edib. İnfeksiyadan ölüm sayı orta hesabla hər 100 000 əhaliyə 14 nəfər təşk...
Cəmiyyət
Nazirlər Kabinetinin bir sıra yeni gömrük qaydaları. Azərbaycanda şəxsi istifadə üçün malların rüsumsuz idxalı ilə bağlı yeni qaydalar sentyabrın 21-dən qüvvəyə minəcək. BakuCity.az xəbər verir ki, bu qərarı Baş nazir Əli Əsədov imzalayıb. Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən, indi sərhəddən bir vətəndaş özü ilə rüsum ödəmədən cəmi 800 ABŞ dolları dəyərində mal keçirə bilər. Bu limit indiyə qədər 1500 dollar olub. Eyni qərar onlayn sifarişlərə də...
Cəmiyyət
Gəncədə 46 saylı orta məktəb bağlanıb. BakuCity.az xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq əmri ilə məktəbin fəaliyyətinə xitam verilib. Beləliklə, 46 saylı orta məktəbin müəllimlərinin və 154 şagirdinin bir qismi bu ərazidə inşa olunan 1170 yerlik 28 nömrəli məktəbə köçürülüb. Ərazidə sosial evlərin tikiləcəyi də nəzərdə tutulub. Müəllimlərin qalan hissəsi Gəncədəki digər orta məktəblərdə işlə təmin olunub. (konkret.az) BakuCity.az
Hadisələr
Bakının Nizami küçəsi ev 91 (“Torgovaya”) ünvanındakı yaşayış binasında uçqun baş verib. BakuCity.az xəbər verir ki, bu barədə modern.az-a sakinlər məlumat veriblər. Məlumata görə, 10 mərtəbəli binada damın bir hissəsi çöküb və dağıntı qalıqları mənzillərdən birinin içinə tökülüb. “Hadisə nəticəsində binanın damında böyük bir deşik əmələ gəlib, ciddi təhlükə yaranıb. Mərtəbəarası döşəmə və örtüklər taxtadandir. İndiki vəziyyətdə Allahın ümidinə qalmışıq. Q...
Cəmiyyət
Peyvəndlə bağlı sınaqlar üçüncü mərhələsindədir. Hazırda dünyada COVİD-19 infeksiyası ilə əlaqədar 8 peyvəndlə bağlı sınaqlar klinik yoxlamaların sonuncu, üçüncü mərhələsindədir və insanlar üzərində testdən keçirilir. BakuCity.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. ÜST bir peyvəndlə bağlı isə üçüncü mərhələdə sınaqların aparılmasına icazə verib. ÜST üçüncü mərhələ sınağı aparılan peyvəndlərdən 5-nin təcili istifadəsin...
Cəmiyyət
Azərbaycanda toyların formatı dəyişməlidir? "Azərbaycanda toyların formatı dəyişməlidir. Artıq həmişəlik bu qaydalar qəbul olunmalıdır. Əvvəlki dövrlərdə olduğu kimi 300-400, hətta 1000 nəfərlik toy mərasimlərinin keçirilməsi düzgün deyil". BakuCity.az xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri Musa Quliyev danışıb. Deputat bildirib ki, eyni zamanda ölkədə toyların formatı da nisbətən sadə bir tərtibə keçməlidir: "Sad...
Hadisələr
Bakının Səbail rayonunda iki avtomobil toqquşub. BakuCity.az xəbər verir ki, hadisə Bakı-Salyan şossesinin üçüncü kilometrliyində qeydə alınıb. “Kia” markalı avtomobil hərəkətdə olan zaman “Lada Priora” markalı nəqliyyat vasitəsi qəfil onun qarşısına çıxıb. Qəza nəticəsində hər iki avtomobilin sürücüləri müxtəlif bədən xəsarətləri alıb. (APA TV) BakuCity.az
Cəmiyyət
Karantin qaydalarına riayət etməyən sərnişinlər var. "Bakı metrosundan istifadə edən sərnişinlərin karantin qaydalarına əməl etmələri xahiş olunur. Əks təqdirdə bu, metronun fəaliyyətinin yenidən bağlanmasına şərait yarada bilər". BakuCity.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. B.Məmmədov deyib ki, metropolitenin bütün stansiyalarında karantin qaydalarına riayət edən və etməyən sərnişinlə...
Siyasət
Donald Tramp Amerikanın ən güclü silaha sahib olduğunu deyib. Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp bir daha ölkəsinin həm Rusiya, həm də Çinin həsəd aparacağı ən güclü silaha sahib olduğunu deyib. BakuCity.az xəbər verir ki, Ağ Evin rəhbəri seçkiqabağı mitinqdə çıxışı zamanı bu silahın bəşər tarixində ən böyük silah olduğunu bildirib. Trampın dediyinə görə, ordunu canlandırmağa və heç kimin ağlına belə gətirməyəcək səviyyəyə qaldırmağa müvəff...