Vəziyyəti ağırdır
Bakıda İctimai Televiziyanın binasında xoşagəlməz hadisə baş verib.
BakuCity.az Lent.az-a istinadən məlumat verir ki, televiziyanın əməkdaşı binanın 6-cı mərtəbəsindən yıxılıb.
Rasim adlı əməkdaş 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırdır.
Hadisənin intihar olduğu, yaxud ehtiyatsızlıqdan baş verdiyi hələ məlum deyil.
BakuCity.az