8 saatdan çox işləməmək hüququmuz var
Əmək qanunvericiliyinə əsasən, gündəlik iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz.
Vətəndaşlar əmək müqaviləsi əsasında işləməklə digər əmək-sosial hüquqlarla yanaşı, gündəlik yalnız 8 saat işləmək hüququna da malik olurlar.
BakuCity.az-ın məlumatına görə, bu mövzuda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ictimai maarifləndirmə tədbirləri çərçivəsində videoçarx hazırlanıb.