Bakıdakı Avropa çempionatı təxirə salınmayacaq - İtalyanlar da gəlir

43 ölkədən 460 idmançı qatılacaq

Martın 25-dən 29-dək Bakıda böyüklər arasında 55-ci və Para-Karate üzrə növbəti Avropa çempionatı keçiriləcək.

BakuCity.az-ın məlumatına görə, Milli Gimnastika Arenasında 5 gün ərzində 4 tatamidə keçiriləcək mötəbər yarışı 4-ü azərbaycanlı olmaqla, 120-dək beynəlxalq hakim idarə edəcək.

Olimpiadaya lisenziya xalları verən yarışa 50-dən artıq ölkədən karateçilərin qatılması gözlənilsə də, dünyada məlum pandemiya səbəbindən 43 ölkədən 460 idmançının, para-karate çempionatında isə 6 ölkədən 33 idmançı iştirak edəcəyi rəsmiləşib. Qitənin ən güclülərindən olan İtaliya komandasının 8 idmançı ilə Avropa çempionatına gələcəyi də son anda dəqiqləşib. 

Avropa Karate Federasiyasının (EKF) Təşkilat komitəsinin sədri Esteban Perez bildirib ki, qeydiyyat müddətinin bitməsinə baxmayaraq, məlum gərginliklə əlaqədar yarışqabağı Azərbaycan gələn komandalar qeydiyyata salınacaq. Qitə çempionatına gələn EKF və ölkə federasiyalarının rəsmiləri, həmçinin bir sıra komandaların heyəti “Boulevard Hotel”-də, əksəriyyət komandalar isə Atletlər kəndində məskunlaşacaqlar.

Dövlət dəstəyi sayəsində qarşıdakı nüfuzlu yarışın yüksək səviyyədə keçiriləcəyini bildirən AMKF prezidenti Yaşar Bəşirov Avropa çempionatına hazırlıq işlərinin plan üzrə getdiyini və yarışın təxirə salınması, eləcə də tribunalarda azarkeşsiz keçməsi üçün rəsmi göstəriş olmadığını bildirib:

“Biz bu yarışa ciddi hazırlaşırıq, üztümüzə üçqat məsuliyyət düşür. Avropa medalları qazanmaqla yanaşı, qitə çempionatını idman ölkəsi olan Azərbaycanın adına layiq təşkil etməli, həm də olimpiya lisenziya yarışı səviyyəsində keçirməliyik. Bu işlərdə dəstək verən ölkənin ali idman qurumlarına minnətdarlığımızı bildirir və bizə olan ümidlərin doğrulması üçün əlimizdən gələni edirik”.

BakuCity.az

Bakı karate Avropa çempionatı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Türkiyəli həkim, professor Zafer Cantürk pandemiyanın ikinci dalğasına hazırlıqlı olmağı, bunun birinci qədər təhlükəli olacağını bildirib. BakuCity.az xəbər verir ki, baş həkim Z. Cantürk bütün dünyada yeni bir dalğalanmanın başladığını deyib: "Doğurdan da çox ciddi bir problemlə qarşı-qarşıyayıq. Bütün dünyanı çətinə salan bir haldır. Nəticə etibarı ilə birinci dalğaya nisbətən daha hazırlıqlıyıq, amma bu ikinci dalğanın daha asan keçəcəyi demək deyil. İ...
İdman
"Neftçi” dünən avrokuboklarda növbəti matçını keçirib. BakuCity.az xəbər verir ki, bakılılar II təsnifat mərhələsində Türkiyənin "Qalatasaray” klubu ilə oynayıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma Türkiyə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə nəticəlnib. Bununla da "Neftçi" Avroliqada mübarizəni dayandırıb. BakuCity.az
Cəmiyyət
"Sərt karantin rejimi tətbiq olunsa belə əgər vətəndaşlar qaydalara riayət etməsələr, yoluxma durmadan artacaq”. BakuCity.az  xəbər verir ki, bu sözləri açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib. C. İsayev bildirib ki, məktəblərin açılması, ictimai nəqliyyatda yaranan sıxlıq pandemiyanın alovlanmasına səbəb ola bilər: "Dərslərin başlaması ilə əlaqdədar avtobus və metroda yaranan sıxlıq, virusun yayılmasında böyük rol oynayır. Mən hər...
Cəmiyyət
BMM boşaldılır. Beynəlxalq Mətbuat Mərkəzi (BMM) Prezidentin keçmiş köməkçisi Əli Həsənovun nəzarətindən çıxır.  BakuCity.az xəbər verir ki, yaxın günlərdə BMM-in boşaldılmasına başlanılacaq. Əli Həsənov tutduğu vəzifəsindən azad ediləndən sonra BMM fəaliyyətini dayandırmışdı. Mərkəzin konfrans zalı təşkilatlardan birinə icarəyə verilmişdi.  Həmçinin oxu: Əli Həsənov Dubayda: bahalı səhər yeməyi - FOTOLAR BMM-in yerləşdiyi binanın bütövlükdə Əli Həsənova m...
Ekologiya
Sentyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 23-26, Bakıda gecə 19-21, gündüz 23-25 dərəcə isti...
Cəmiyyət
Türkiyədə saxlanılan Qurban Mmmədov buraxılıb. Azerfreedom kanalının rəhbəri, Türkiyədə saxlanıldığı bildirilən Qurban Məmmədov sərbəst buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə onun oğlu Qoşqar Məmmədov məlumat yayıb. Qoşqar Məmmədovun qeyd edib ki, Qurban Məmmədov İngiltərəyə qayıdır. Qeyd edək ki, Qoşqar Məmmədov bu gün atasının Türkiyədə saxlanılması barədə məlumat yaymışdı. (report) BakuCity.az
Cəmiyyət
Azərbaycan üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Azərbaycanda ən çox yoluxma halı paytaxt Bakıda müşahidə edilir. Ümumi yoluxma hallarının 56,1 faizi paytaxtın payına düşür. Bakıda əhali sıxlığını, bunun üzərinə yeni tədris ili ilə əlaqədar məktəb və universitetlərin açılmasını gəlsək yoluxma hallarının vəziyyətə təsiri necə olacaq? Mövcud epidemiya təhlükəsi müəllim-şagird, müəllim-tələbə kontingentini nə qədə...
Kriminal
Gənc oğlan Bülbülə qəsəbəsində ürəyindən bıçaqlanıb. Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində ürəyindən ağır bıçaq xəsarəti alan paytaxt sakini 26 yaşlı Musayev Orxan Elçin oğlu qaynının avtomobili ilə 3 saylı şəhər xəstəxanasına gətirilib. BakuCity.az xəbər verir ki, həkimlərin müdaxiləsinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb. Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları qətli törətməkdə şübhəli bilinən 20 ya...
Cəmiyyət
“Azərifreedom” kanalının rəhbəri Qurban Məmmədovun Türkiyədə saxlanılması ilə bağlı xəbərlər yayılıb. Bu barədə onun oğlu Qoşqar Məmmədov şəxsi “Facebook” hesabında paylaşım edib. BakuCity.az xəbər verir ki, mövzu ilə bağlı danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov bu barədə heç bir məlumatının olmadığını qeyd edib. Həmçinin oxu: Qurban Məmmədov Türkiyədə həbs olundu - FOTO “Harada saxlanılıb? Mənim məluma...