Ləki-Qəbələ dəmir yolunun tikintisi üçün alman mütəxəssislər dəvət edildi - FOTO

Ləki-Qəbələ dəmir yolunun tikintisi üçün alman mütəxəssislər dəvət edildi - FOTO

Torpaq yatağının tikintisi ilə tanış olacaqlar

“Azərbaycan Dəmir Yolları” QSC-də Ləki-Qəbələ birxətli dəmir yolu layihəsinin icrası ilə bağlı görülən işlərin gedişatı müzakirə olunub.

QSC-dən BakuCity.az-a verilən məlumata görə, iclasda layihənin icrasına cəlb edilən şirkətlərin nümayəndələri və mütəxəssislər iştirak ediblər. 

Cəmiyyətin sədr müavini Zaman Novruzov bildirib ki, dövlət əsaslı vəsait hesabına həyata keçirilən layihənin icrasına 2018-ci ildən başlanılıb. O, tikinti-quraşdırma işlərinin icra vəziyyəti ilə bağlı qonaqlara məlumat verib. Bildirib ki, dəmir yolunun torpaq yatağı və üst quruluşu, eləcə də körpülərin tikintisi ilə bağlı mühüm işlər yerinə yetirilib.

Tikinti işlərinin daha keyfiyyətli aparılmasına nəzarəti gücləndirmək məqsədilə QSC Almaniyadan mütəxəssislər dəvət edib. Alman mütəxəssislər müstəqil auditorlar qismində layihənin torpaq yatağının tikintisi ilə tanış olacaqlar.

İclasda Ləki-Qəbələ birxətli dəmir yolu layihəsinin icrası ilə bağlı təqdimat  keçirilib. Təqdimatla tanışlıqdan sonra alman mütəxəssislərin sualları cavablandırılıb.

Ləki-Qəbələ dəmir yolunun tikintisi üçün alman mütəxəssislər dəvət edildi - FOTO, fotoşəkil-1 Ləki-Qəbələ dəmir yolunun tikintisi üçün alman mütəxəssislər dəvət edildi - FOTO, fotoşəkil-2 Ləki-Qəbələ dəmir yolunun tikintisi üçün alman mütəxəssislər dəvət edildi - FOTO, fotoşəkil-3 Ləki-Qəbələ dəmir yolunun tikintisi üçün alman mütəxəssislər dəvət edildi - FOTO, fotoşəkil-4 Ləki-Qəbələ dəmir yolunun tikintisi üçün alman mütəxəssislər dəvət edildi - FOTO, fotoşəkil-5

BakuCity.az

Ləki Qəbələ dəmir yolu alman mütəxəssislər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər