Bakıda uşaqlara aktyorluq sənətini öyrədən məkanlar - QİYMƏTLƏR

Bakıda uşaqlara aktyorluq sənətini öyrədən məkanlar - QİYMƏTLƏR

Uşaq aktyorluq kursları

Belə kurslara bütün dünyada tələbat var. Teatr studiyalarında təhsil uşaqların incəsənət potensialını üzə çıxarmaqla yanaşı, intellektual imkanlarının, ünsiyyət vərdişlərinin, hətta fiziki keyfiyyətlərinin artmasına səbəb olur.

BakuCity.az paytaxtda emosiyalara nəzarət etməyə, natiqlik sənətini öyrənməyə və qorxunu dəf etməyə kömək edən ən yaxşı teatr incəsənət kurslarını araşdırıb.

“Şərq Çırağı” uşaq inkişaf mərkəzində 8 nəfərlik qrup məşğələləri keçirilən teatr studiyası var. Studiyaya 4 yaşdan 16 yaşınadək uşaqlar qəbul olunur. 8 yaşından böyük uşaqlar üçün vokal və rəqs məşğələləri də keçirilir. Rəqs uşağın plastikliyini inkişaf etdirir və ritm duyğusunu yaxşılaşdırır.

Məşğələnin qiyməti – ayda 8 dərs üçün 80 manatdır. Yığım sentyabrda başlayır.

Əlaqə: +99450 717 70 50

ADO Kidsteatr klubu uşaqlar üçün üç aylıq kurslar keçirir. Uşaqların çıxış etdiyi praktiki məşğələlərdən başqa, gənc teatrsevərlərlə teatr və “ADO” incəsənət birliyi haqqında nəzəri məşğələlər də keçirilir. Kursun sonunda şagirlərin iştirakı ilə unikal tamaşa hazırlanır.

Məşğələlər 2 saat olmaqla həftədə 2 dəfə keçirilir, qiyməti 100 manatdır.

Əlaqə: +994 55 989 22 75

Len&Dollsteatr studiyası incəsənətin köməyi ilə uşağın psixoloji kəşfinə kömək edir. Teatr ustalığı proqramına nəzəri və praktiki məşğələlər aiddir. Uşaqlar tamaşa hazırlığını, teatr sənətinin növlərini, ritorikanı öyrənirlər.

Qiyməti – 100AZN (1,5 saat), 180 AZN (3 saat). Məşğələ fərdi qaydada həftədə bir dəfə yalnız bazar günləri keçirilir. 8 yaşınadək uşaqlar qəbul olunur.

Əlaqə: +994 70 265 89 05

GUNAYteatr studiyası uşaqları milli və xarici dramaturgiya, poeziya və incəsənətlə tanış edir, onların estetik qabiliyyətləri inkişaf etdirilir. Studiya 12 ildir ki, beynəlxalq festifallarda iştirak edir. Aktyorluqdan başqa xoreoqrafiya, natiqlik sənəti və pantomimo da öyrədilir.

Teatrda müxtəlif yaş qrupları var. Hər qrupda uşaq sayı 15 nəfərdir. Kiçik yaş qrupuna 3 yaşdan 5 yaşadək uşaqlar qəbul olunur və dərslər 40 dəqiqə olmaqla keçirilir. Orta yaş qrupuna 6yaşdan 9 yaşadək uşaqlar qəbul olunur, dərslər 1-2 saat olmaqla həftədə 2 dəfə keçirilir. Böyük yaş qrupuna isə 10 yaşdan yuxarı uşaqlar qəbul olunur, dərslər 1-2 saat olmaqla həftədə 2 dəfə keçirilir.

Dərslərin qiyməti – ayda 50 manatdır.

Əlaqə: +994 50 562 79 50

QN UŞAQ KİNO MƏKTƏBİ kinostudiya məktəbində 7-dən 17 yaşadək uşaqlar qəbul olunur.Bu studiyada əsas diqqət kino sənətinə verilir. Kursun sonunda uşaqlar A-dan Z-dək tamamlanmış şəxsi filmlərini çəkmək imkanı əldə edirlər.

Dərslərin qiyməti – ayda 110 manatdır. Dərslər 2 saat olmaqla həftədə 2 dəfə keçirilir. Qrupda uşaq sayı 8 nəfərdən çox olmur.

Əlaqə: +994 50 866 55 40

Həqiqi istedadlar isə əsl teatra – Səməd Vurğun adına Dövlət Rus Dram Teatrına müraciət edə bilərlər. Burada “Mən Aktyoram” məktəb-studiyası fəaliyyət göstərir.

Burada sizin uşağa aktyor sənəti, nitq mədəniyyəti, vokal və xoreqrafiya öyrədiləcək. Birinci dərsdə mütəxəssilər uşağı yoxlayır və müfaviq qruplara yönəldirlər.

Qiymət 100 manatdır. Dəslər şənbə və bazar günləri saat 10:30-dan 12:00-dək keçirilir. 5 yaşına qədər uşaqlar qəbul olunur.

Əlaqə: +99455 902 54 54

Kiçik istedadlı uşaqlarınızı aktyorluq kurslarına yönəldin. Burada onlar çox şey öyrənəcək və gələcəkdə uğur qazanacaqlar. Belə dərslərdə qazanılan vərdişlər özünəinamı da formalaşdırır.

Züleyxa İsmayılova

BakuCity.az

Bakı uşaqlar aktyorluq sənəti kurslar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər