Azərbaycan-İran sərhədinin bağlı saxlanılmasına dair qərarın müddəti uzadıldı

Azərbaycan-İran sərhədinin bağlı saxlanılmasına dair qərarın müddəti uzadıldı

Qərar 29 fevralda verilmişdi

Azərbaycan-İran sərhədinin bağlı saxlanılmasına dair qərarın müddəti uzadılıb.

BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahı məlumat yayıb.

Qeyd olunur ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunduğu nəzərə alınaraq, Azərbaycan Respublikası ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə İran İslam Respublikası ilə sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlı saxlanılmasına dair 2020-ci il 29 fevral tarixli qərarın müddəti daha iki həftə uzadılıb.

BakuCity.az

Azərbaycan-İran sərhədi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər