Yas mərasimlərinə də məhdudiyyət qoyuldu

Yas mərasimlərinə də məhdudiyyət qoyuldu

Məhdudiyyətin nə vaxt aradan qaldırılacağı bilinmir

“Təzə Pir” məscidinin mərasim zalında yas mərasimlərinin keçiriliməsinə məhdudiyyət qoyulub.

BakuCity.az-ın məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Lent.az-a bildirilib.

Məhdudiyyətin nə zaman aradan qaldırılacağı məlum deyil.

“Heydər” məscidindən isə bildirilib ki, məscidin mərasim zalında yas mərasimlərini ancaq əvvəlcədən yazılanlar keçirə bilir:

“Koronavirus təhlükəsi ilə əlaqədar olaraq bundan sonra məscidin mərasim zalında yas mərasimləri keçirmək istəyənlər qeydiyyata alınmır”.

BakuCity.az

Yas mərasimləri məhdudiyyət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər