Düşmən Naxçıvandakı mövqelərimizi atəşə tutdu, cavab tədbirləri görülür

Düşmən Naxçıvandakı mövqelərimizi atəşə tutdu, cavab tədbirləri görülür

Əməliyyat şəraiti qoşunlarımızın nəzarətindədir

Martın 12-i səhər saatlarından Ermənistan silahlı qüvvələrinin bölmələri Əlahiddə Ümumqoşun Ordunun mövqelərini atəşə tutmaqla atəşkəs rejimini kobud şəkildə pozub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, əsasən düşmənin Ararat rayonu ərazisindəki Tejqar və Bağarsıq dağlarının ətəklərində yerləşən mövqelərindən qarşı tərəfdə yerləşən Əlahiddə Ümumqoşun Ordunun mövqeləri iriçaplı pulemyot və snayper tüfənglərindən intensiv atəşə məruz qalıb.

Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti tərəfindən qətiyyətli cavab tədbirləri  görülür və atəşkəs rejiminin pozulmasının fəsadları araşdırılır.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

BakuCity.az

Naxçıvan mövqelər atəş
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər