Azərbaycanda gənc qız burun əməliyyatı zamanı öldü

Azərbaycanda gənc qız burun əməliyyatı zamanı öldü

Vəziyyəti cərrahiyyə masasında pisləşib

Qax rayonunda xəstəxanada ölüm hadisəsi baş verib.

BakuCity.az “Report”a istinadən məlumat verir ki, hadisə martın 11-də Qax Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Rəyisə Layıcova burun çəpərinin deformasiyası ilə əlaqədar Qax Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.

Xəstəxananın lor-həkimi Əkrəm İmaməliyev tərəfindən əməliyyat edilərkən qızın vəziyyəti cərrahiyyə masasında qəflətən pisləşib. Daha sonra R.Layıcova orada ölüb.

Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb.

BakuCity.az

gənc qız burun əməliyyatı ölüm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər