“Formula-1”də mövsüm Bakı Qran-prisi ilə başlaya bilər

“Formula-1”də mövsüm Bakı Qran-prisi ilə başlaya bilər

Bakı mərhələsi 5-7 iyunda keçiriləcək

“Formula-1” yarışları Azərbaycan Qran-prisinə qədər təxirə salına bilər.

BakuCity.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, “Formula-1” rəsmisi Ross Braun gecə saatlarında komandaların nümayəndələri ilə bir araya gələrək, bu məsələni müzakirə edib.

“McLaren”in işçilərinin birində koronavirus pandemiyasının aşkarlanması səbəbindən yarışın Bakı mərhələsinə qədər təxirə salınması məsləhət görülüb. Əgər belə bir qərar verilərsə, Avstraliya Qran-prisindən sonra Bəhreyn, Vyetnam, Niderland, İspaniya və Monako Qran-priləri təxirə salınacaq və mövsümə Azərbaycan Qran-prisi ilə start veriləcək.

Qeyd edək ki, “Formula-1”in Azərbaycan mərhələsi 5-7 iyunda keçiriləcək.

BakuCity.az

Formula-1 Bakı Qran-pri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər