10,92 milyon manat ayrılıb
Prezident İlham Əliyev Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
BakuCity.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 10,92 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında 2020-ci ildə qazlaşdırılması nəzərdə tutulan ərazi vahidlərinin SİYAHISI
Sıra №-si | Ərazi vahidləri |
Abşeron rayonu | |
1. | Qobu qəsəbəsində yeni massiv |
Xızı rayonu | |
1. | Qızılqazma kəndində yeni massiv |
2. | Yarımca kəndində yeni massiv |
Siyəzən rayonu | |
1. | Qalaaltı kəndi |
2. | Məşrif kəndi |
Şabran rayonu | |
1. | Ceyranlı kəndi |
2. | Əmirxanlı kəndi |
3. | Qazbabalı kəndi |
4. | Vələsli kəndi |
BakuCity.az