82 yaşlı xəstənin səhhəti isə ağır olaraq qalır
İran və İtaliyadan qayıdan dörd nəfər Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabinetinin yanında Operativ qərargahdan BakuCity.az-a daxil olan məlumata görə, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib, hazırda onların səhhəti normaldır, müalicələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Həmçinin oxu: Koronavirusdan ölən necə dəfn olunacaq? - Hökumətdən AÇIQLAMA
Bundan əvvəl xüsusi rejimli xəstəxanalaya yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşının səhhəti stabil ağır olaraq qalır. Xəstə ciddi nəzarət altında saxlanılır və müalicəsi ilə bağlı zəruri tədbirlər görülür.
Koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.
BakuCity.az