Azərbaycana yeni "Lada"lar gətirilir - QİYMƏTLƏR

Digər brendin maşını olsaydı, 35 min manatdan aşağı olmazdı

“Koronavirus Rusiyanın "Lada" avtomobillərinin Azərbaycanda satışına təsir edib”.

BakuCity.az-ın məlumatına görə, bunu şirkətin baş meneceri Zakir Bəşirov FED.az-a deyib.

Baş menecer ölkəyə gətirdikləri yeni avtomobillər haqqında da məlumat verib:

“Yeni “Lada X-Ray” avtomat sürət qutusu olan avtomobilləri gətirmişik. Bu maşının cipə oxşayan modelinin qiyməti 27 100 manatdır. “Lada Vesta SW Cross” avtomat sürət qutusu olan avtomobillər də yoldadır. Rəsmiləşdirmə olandan sonra qiyməti dəqiq bilinəcək. Ən sadə modellərin qiyməti 22 min manatdan başlayır. Rusiyada rublun məzənnəsi düşüb, bu da maşınların qiymətində 1% artıma səbəb olur”.

Z.Bəşirovun sözlərinə görə, şirkət avtomobil satdığı müştərilərlə mütəmadi əlaqə saxlayır:

“Bu əlaqə bizə gətirdiyimiz avtomobillərin mənfi və müsbət xüsusiyyətlərini müştəriləridən öyrənməyə imkan verir. Fransa istehsalı olan “Nissan” avtomat sürət qutusu olan avtomobillər “Reno” motorlarıdır. Artıq bunların bir neçəsini satmışıq. Müştərilər razılıq edirlər. Aralarında bir nəfər də olsun narazı qalan olmadı. Komplektasiyada elə xırdalıqlar var ki, digər brendin maşını olsaydı, 35 min manatdan aşağı olmazdı.

“Lada X-Ray Cross” modeli “KIA Sportage”in rəqibidir. Motor gücü əvvəlki kimidir, çox ekonomik maşınlardır. Rusiya istehsallı maşınlar arasında benzin istifadəsinə görə həmişə “Piriora”nın adını çəkirlər. Belə demək mümkünsə, bu maşın benzini iyləyir, işlətmir. “Lada X-Ray Cross” modeli “Priora”dan 1 litir artıq benzin işlədir. Avtomat sürət qutusuna malik maşınlar yoldan asılı olaraq adətən 1-1,5 litir benzində fərq edir. Tam komplektasiya 27 100 manatdır. “Lada Vesta SW Cross” modelini bazara salmaq istəyirik. Yolda olmasına baxmayaraq, artıq bu modelin 10 nəfərə qədər sifarişçisi var. Rusiyada bu avtomobillər dekabr ayından satışa çıxarılıb. Bizim sifarişçilər də Rusiyadan məlumatlı olan şəxslərdir”.

BakuCity.az

"Lada" avtomobil qiymət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Siyasət
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağla bağlı çıxış edib. “Suriyada, Liviyada, Yəməndə və digər bir çox ölkələrdə hələ davam edən humanitar böhranlarda riyakarlığını, mənfəətlərini güdən dövlətlərin dünyaya haqq və ədalət yaymayacaqlarını buradan bir daha təkrar edirəm. Ermənistanın Azərbaycan torpaqlarına hücumlarının qarşısını almaq üçün müvafiq addımların atılmaması buna misaldır”. BakuCity.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcə...
Siyasət
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 33 dəfə pozub. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 33 dəfə pozub. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağd...
Cəmiyyət
Ümumi təhsil müəssisələrində koronavirusla bağlı vəziyyətə dair Təhsil Nazirliyi açıqlama yayıb.  BakuCity.az-a daxil olan açıqlamada deyilir:  "Ölkəmizdə pandemiya ilə əlaqədar olaraq, 2020-2021-ci tədris ilində dərslər həm əyani, həm də distant formada tədris edilir. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə uyğunlaşdırılmış...
Cəmiyyət
"Azərbaycanda bundan sonra kişilərin pensiya yaşının artırılması nəzərdə tutulmur". BakuCity.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Ayxan Məcidov "Pensiya təyinatı və hesablanma qaydaları"na həsr olunan "Facebook"da yayınlanan "Sosial saat" verilişində deyib.  Ayxan Məcidov qeyd edib ki, hazırda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilərin yaş həddi 65, qadınların is...
Siyasət
Türkiyəyə məxsus pilotsuz uçuş aparatları Ermənistanla sərhəd boyu uçuşlara başlayıb. BakuCity.az xəbər verir ki, bu barədə real uçuşları qeydə alan flightradar24.com saytında məlumat verilib. Bildirilib ki, aparatların uçuşu səhər saatlarından başlayıb və hələ də davam edir. Türkiyə PUA-larının kəşfiyyat uçuşlarının Tovuz istiqamətində hərbi gərginliklə bağlı olduğu qeyd edilib. (modern.az) BakuCity.az
Siyasət
“Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında artıq silahlar danışmalıdır. Çünki düşmən tərəfi bizə başqa yol qoymayıb”. BakuCity.az xəbər verir ki, bunu hərbi ekspert Üzeyir Cəfərov deyib. Üzeyir Cəfərov Ermənistanın Azərbaycana müharibədən başqa ikinci bir yol saxlamadığını bildirib. “Prezidentin də dediyi kimi, əgər danışıqlar prosesi nəticə vermirsə, geriyə sadəcə problemin hərbi yolla həll olunması məsələsi qalır. Artıq silahlar danışmalıdır. Dün...
Cəmiyyət
İlk səfərbərlik qrupu yola düşüb.  Xəbər verdiyimiz kimi Dövlət Səfərbərlik Xidmətinin yaydığı məlumata görə, bu gündən Azərbaycan ordusunun ehtiyatda olan hərbi qulluqçuları təlim keçmək üçün çağırılır. Həmçinin oxu: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlumatı – ÇAĞIRIŞ BakuCity.az xəbər verir ki, artıq Ağdaş rayonundan ilk qrup yola düşüb. (parla) BakuCity.az
Cəmiyyət
Erməni ordusu təxribat törətməkdə davam edir. Ermənistan yeni təxribat planları hazırlayaraq əsl niyyətinin münaqişənin sülh vasitəsilə həlli deyil, Azərbaycan torpaqlarının qanunsuz işğalının davam etdirilməsi olduğunu nümayiş etdirməkdədir. BakuCity.az xəbər verir ki, təcavüzkar əməllərini həyata keçirməklə, sülh və insanlıq əleyhinə olan cinayətlər törətməyi davam etdirən Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi növbəti dəfə pozularaq 20 s...
Siyasət
Mənasız danışıqlar bitdi! “Azərbaycan regionda müharibənin başlamasına hər zaman qarşı olub. Amma Ermənistan tərəfi hər bir yolla bölgədəki vəziyyəti qarışdırmağa, işğal siyasətini davam etdirməyə çalışıb. Ölkə başçısı son çıxışında bu məsələyə xüsusilə toxundu və artıq danışıqlar prosesini uzanmasının mənasız olduğunu bildirdi”. BakuCity.az xəəbər verir ki, bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millə...