Məhkəmənin Ağstafada 4 nəfəri güllələyib öldürən şəxs barəsində SON QƏRARI

Məhkəmənin Ağstafada 4 nəfəri güllələyib öldürən şəxs barəsində SON QƏRARI

Qisas almaq niyyəti ilə törədib

Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonunda bazarda 4 nəfəri güllələyərək qətlə yetirən Elnur Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BakuCity.az Trend-ə istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Süleymanov ömürlük azadlıqdan məhrum edilib.

İttihama görə, ötən ilin iyunun 17-si saat 08 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndi ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları bazarında E.Süleymanov odlu silahla bazarda satıcı işləyən Sadıxlı kənd sakinləri - Şərqiyyə Musayevanı, oğlanları Novruz və Şəmiddini, həmçinin Ağgöl kənd sakini Zeynəb Cəlilovanı qətlə yetirib, daha 5 nəfəri isə ağır yaralayıb. Hadisə zamanı ayağından güllə yarası alan 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayevin ayağı amputasiya olunub.

İlkin araşdırmalarla bu ağır cinayətin Ağstafa rayonunun Sadıxlı kənd sakini Elnur Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə törədilməsi, bu zaman onun "Kalaşnikov" markalı avtomat silahdan istifadə etməsi müəyyən olunub.

BakuCity.az

Ağstafa qətl ömürlük həbs
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər