Birinci vitse-prezidentin köməkçisi dollar təlaşından danışdı: “Yenə manata ehtiyacları olacaq”

Birinci vitse-prezidentin köməkçisi dollar təlaşından danışdı: “Yenə manata ehtiyacları olacaq”

Bu vəsaitlər sabah tələbat yarandıqca dəyişəcək

“Ölkəmizin ehtiyatları, xarici valyuta ehtiyatlarımız hazırda ən yüksək həddədir. Mərkəzi Bankın ehtiyatları, fiskal ehtiyatlar, Neft Fondunun birgə ehtiyatları - hamısı 52 milyardı üstələyir”.

BakuCity.az-ın məlumatına görə, bunu Birinci vitse-prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” verilişində bildirib.

X.Əhədov, həmçinin daxili bazarda xarici valyutaya tələbatdan da danışıb:

“Bizim əhalinin, ümumiyyətlə, iqtisadi agentlərin nağd şəkildə manatları var, yəni əhalinin əlində olan nağd vəsaitləri, onların banklardakı hesablardakı qalıqları, müddətli depozitlər, hüquqi şəxslərin, şirkətlərin hesablarındakı manat qalıqları hamısı bir yerdə təqribən 18 milyard manat təşkil edir. Əlindəki manatı xarici valyutaya döndərən iqtisadi agentin yenə həmin valyutaya ehtiyacı olacaq. Məcbur olacaq ki, onu mübadilə məntəqəsinə aparıb satsın və həmin vəsaitdən istifadə etsin”.

Onun sözlərinə görə, milli valyuta narahat kütlə tərəfindən mübadilə məntəqələrinə aparılır və dəyişdirilir:

“Bu vəsaitlər sabah tələbat yarandıqca dəyişəcək”.

BakuCity.az

Xalid Əhədov dollar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər